“Vətəndaşlarımız Prezidentin çağırışına ciddi şəkildə əməl etməlidirlər” ÖZƏL-MÜNASİBƏT
“Hazırda bütün dünya koronovirus pandemiyası ilə mübarizəyə səfərbər edilib. Azərbaycan bu prosesdə ən öndə gedən ölkələrdən biridir”. Bunu SİA-ya millət vəkili İlham Məmmədov deyib.
Deputatın sözlərinə görə, ölkəmizdə koronovirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə hökumət tərəfindən sistemli addımlar atılır: “Xüsusi karantin rejiminin tətbiq olunması da bu məqsədə xidmət edir. Koronovirusun vura biləcəyi zərərin qarşısının alınması üçün dövlət başçısının tapşırığına əsasən Nazirlər Kabineti müvafiq Tədbirlər Planı təsdiqləyib. Məqsəd vətəndaşların sosial müdafiəsini tam təmin etməkdir. Görülən bu işlərin fonunda vətəndaşlar karantin rejiminin qaydalarına əməl etməlidir.
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində karantin rejiminə riayət edilməsinin zəruriliyini bir daha vurğulayıb. Cənab Prezident İlham Əliyev bildirib ki, Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına əsasən 2,5 milyard manat ayrılacaq ki, Azərbaycanda həm iqtisadi sabitlik təmin edilsin, məşğulluqla bağlı problemlər öz həllini tapsın və həm də bizim makroiqtisadi və maliyyə vəziyyətimiz sabit olsun. Dövlətimizin başçısı qeyd edib ki, insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündür. Cənab Prezident vətəndaşlara müraciətlə söyləyib: “Məsuliyyətli olun, nizam-intizamı, qaydaları pozmayın, özünüzü, uşaqlarınızı, yaxınlarınızı qoruyun ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək! Biz birlikdə güclüyük!”. Hər bir vətəndaşımız Prezident İlham Əliyevin çağırışına ciddi şəkildə əməl etməlidir. Əməl olunmalıdır ki, hökumətimizin göstərdiyi səylər öz nəticəsini versin, koronovirus bəlasından tezliklə xilas ola bilək. Çünki bu problemdən, üzləşdiyimiz sınaqdan birliyimiz və həmrəyliyimizlə xilas ola bilərik.
Müəyyən anti-milli qüvvələr koronavirusdan da öz siyasi məqsədləri üçün istifadə etməyə çalışır. Amma onların çirkin niyyətləri hər zaman iflasa məhkumdur. Onların cəmiyyətdən heç bir dəstək ala bilməməsi buna sübutdur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB