YAP gəncləri aztəminatlı ailələrə yardımlarını davam etdirir FOTOLAR

YAP gəncləri aztəminatlı ailələrə yardımlarını davam etdirir FOTOLAR

Dünyanı bürüyən koronavirus (COVİD-19) epidemiyasına yoluxma riskinin azaldılması və xalqımızın sağlamlığı naminə ölkə Prezidenti cənab İlham Əliyevin çağırışına qoşulan ilk təşkilatlardan biri olan Yeni Azərbaycan Partiyası (YAP) aztəminatlı ailələrə yardım və dəstəyini davam etdirir. SİA-ya daxil olan məlumata görə, partiyanın fəal üzvləri olan gənclərdən ibarət könüllülər bu ailələrə dezinfeksiyaedici məhlullar, tibbi maska və əlcəklər paylamaqla yanaşı sosial xidmətlər göstəriblər.

Belə ki, 14 aprel tarixində Yeni Azərbaycan Partiyasının könüllüləri Pirallahı rayonunda yaşayan aztəminatlı, tənha, köməyə ehtiyacı olan yaşlı, ahıl insanların yaşadığı 10 ailəyə baş çəkərək yardım paylarını təqdim edib, həmçinin, onların koronavirusdan qorunması məqsədilə maarifləndirici söhbətlər aparıblar.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə