Ermənistan ordusu barədə mifləri yox edən Aprel döyüşləri ŞƏRH-ÖZƏL

"2016-cı ilin aprel döyüşlərindən dörd il ötür. Dörd günlük müharibədə Azərbaycan əks hücuma keçərək strateji nöqtələri nəzarətə götürdü. Böyük bir ərazidə işğalçı ordunun hərəkət trayektoreyasını nəzarəti ələ aldı. Həmçinin Ermənistan ordusu barədə mifləri yox etdi". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, Aprel zəfərindən sonra erməni ordusu artıq qarşısında güclü və döyüş qabiliyyətinə malik ordu ilə üz-üzə qaldığının fərqində oldu: "Dörd günlük müharibə Ermənistanın siyasi-hərbi sisteminin laxlatdı və Qarabağ klanı bununlada siyasi hakimiyyətdən uzaqlaşdırıldı. Aprel döyüşləri Ermənistan ordusu arasında kordinasiyanın, maddi-texniki bazasının çox acınacaqlı olduğunu üzə çıxardı. Azərbaycan Ermənistan üzərində siyasi-hərbi qələbə edərək, erməni ictimaiyyətində qalib obrazı kimi xarakterizə olundu".

Politoloqun sözlərinə görə, Ermənistan siyasiləri və ictimaiyyəti çox yaxşı başa düşdü ki, Rusiya faktoru olmasaydı, bu gün Azərbaycan bayrağı Füzulidə, Cəbrayılda və Laçında dalğalanacaqdı.

M. Əsədullazadə söyləyib ki, Aprel döyüşlərindən sonra Ermənistan ordusu heç də səhvlərini 180 dərəcə düzəltməyib, ordunun döyüş qabiliyyəti və maddi -texniki bazası zəif olaraq qalır: "Sadəcə cəbhə xəttində Mühəndis istehkam işləri görərək müdafiə səddini qurub. Lakin Azərbaycan ordusu dörd il ərzində daha da güclənib, arsenalına yeni 5-ci nəsil silahlarla təchiz edib. Demək olar ki, dünyanın reytinq cədvəlində güclü ordu kimi sıralanmaya daxil olub. Ermənistan ordusu isə, yenədə Rusiyanın işlənmiş silahları ilə öz mövcudiyyətini qorumağa çalışır".

Politoloq qeyd edib ki, Azərbaycan növbəti dəfə əks-hücuma keçərsə, işğaldan azad etdiyi ərazilərdə möhkəmlənəcək və Moskvanın danışıqlar aparamaq cavabına Ankara ilə birgə hərəkət edə bilər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...