Türkiyə danışıqlarda nə itirdi, nə qazandı? ÖZƏL-AÇIQLAMA

Türkiyə danışıqlarda nə itirdi, nə qazandı? ÖZƏL-AÇIQLAMA

"Türkiyə M4-M5 yollarını itirdi, lakin İdlibdəki vəziyyəti sabit saxlamağa nail oldu". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Zaur Məmmədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında keçən danışıqları şərh eərkən deyib.

O bildirib ki, tərəflərin arasında ortaq məxrəcə gəlmək heç də asan olmayıb: "Hər iki tərəf Suriyadakı vəziyyətin gərginləşməsinə maraqlı deyillər. Lakin Rusiya və Türkiyənin Suriyada özünəməxsus maraqları var. Görüşün nəticəsi həm Türkiyə, həm də Rusiya üçün məqbul sayıla bilər".

Ekspert Suriyada geosiyasi oyunçuların Rusiya və Türkiyə arasındakı münasibətləri gərginləşdirməyə maraqlı olduğunu da əlavə edib: "İki tərəf arasındakı münasibətlər kifayət qədər gərginləşdirilməyə çalışdı. Biz bura həmin ölkələrin daxilindəki bəzi qüvvələri də aid edə bilərik. Lakin Rusiya və Türkiyə anlamalıdır ki, onları regionda ortaq maraqları da var. Bura həm siyasi, həm də iqtisadi maraqlar aiddir.

İqtisadi və siyasi məsələlər qarşılıqlıdır. Rusiya ilə Türkiyə arasında 25 milyarddan çox ticarət dövriyyəsi var. İki tərəf arasında stratejik layihələr var. Eyni zamanda Türkiyə və Rusiya arasında hərbi müqavilələr də mövcuddur. Ona görə də məqbuldur ki, yaxın vaxtlarda Türkiyə və Rusiya arasında danışıqlarla bağlı ortaq addımlar atsınlar. Onlar arasında aparılan danışıqlardan sonra müəyyən qədər sakitlik də nəzərə çarpacaq. Təbii ki, istənilən halda vəziyyət yenidən gərginləşə bilər".

Zaur Məmmədov indiki halda Suriyanın ərazisində olan stratejik M4-M5 yollarının Türkiyənin əlindən çıxdığını və çox gümün ki, Əsəd quruluşunun tabeçiliyində olacağını bildirib:

"Bu yollar Türkiyə üçün elə də stratejik əhəmiyyətə və önəmə sahib deyil. Türkiyə üçün əsas İdlibdəki vəziyyətin səhmana salınması və Əsəd ordusunun İdlibə yeridilməməsi idi ki, düşünürəm Ərdoğan bu istəyinə nail oldu. O eyni zamanda qaçqınlarla bağlı Avropa İttifaqının sərhədlərini açaraq həm Avropa İttifaqını, həm də Rusiyanı öz maraqlarına gətirib çıxardı".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə