Ermənistan silahlı qüvvələri atəşkəsi yenidən pozub

Ermənistan silahlı qüvvələri atəşkəsi yenidən pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 6-da saat 21.30-dan 21.40-dək Ermənistan Respublikasının İcevan rayonunun Ayqovit kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində yerləşən mövqelərimizi, saat 23.14-dən 23.20-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, aprelin 7-də saat 02.10-dan 02.15-dək və 02.20-dən 02.27-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli, Alxanlı və Qaraxanbəyli kəndləri yaxınlığında yerlələş mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə