“Qazaxıstanda prezident seçkiləri beynəlxalq standartlara uyğun, demokratik şəraitdə keçirilib”

“Qazaxıstanda prezident seçkiləri beynəlxalq standartlara uyğun, demokratik şəraitdə keçirilib”

TÜRKPA Beynəlxalq Müşahidəcilər Missiyası 3 Aprel 2011-ci il tarixində Qazaxıstan Respublikasında keçirilmiş növbədənkənar prezident seçkilərinin ölkənin milli qanunvericiliyinə və beynəlxalq öhdəliklərinə uyğunluğuyla bağlı qısa müddətli monitorinq keçirib.


SİA-nın xəbərinə görə, Azərbaycan Respublikası və Qırğızıstan Respublikasının millət vəkilləri TÜRKPA Beynəlxalq Katibliyin nümayəndələri ilə daxil olmaqla TÜRKPA Beynəlxalq Müşahidəcilər Missiyasını seçkilərdə təmsil edirdi.


Səfər çərçivəsində Missiya üzvləri Qazaxıstan Respublikasının Dövlət Katibi – Xarici İşlər Naziri K.B.Saudabayevlə və Mərkəzi Seçki Komissiyasının Sədri K.T. Turgankulovla görüş keçiriblər. Görüş zamanı müşahidəçilərə prezident seçkilərə hazırlıq tədbirləriylə bağlı ətraflı məlumat verilib.


Müşahidəçilər Qrupu Beynəlxalq Millətlər Təşkilatının, Avropa Şurasının müvafiq normativ hüquqi sənədlər və tövsiyyələrdə təsbid olunmuş obyektivlik, şəffaflıq və qərəzsizlik prinsiplərini rəhbər tutaraq maneəsiz şəkildə seçkilər prosesin bütün mərhələləri izləyib. Müşahidəçilərin qeyd olunduğu kimi, seçki günü sakit və işgüzar şəraitda keçirilib. Mərkəzi Seçki Komissiyası operativ və mütəmadi şəkildə ilkin nəticələri açıqlayıb ictimaiyyətə hərtərəfli məlumat təqdim edib.


Seçki prosesin nəticələrinə heç bir təsir göstərməyən bəzi texniki nöqsanlar Missiya tərəfindən qeydə alınıb və eyni zamanda beynəlxalq müşahidəçilər nəzərə alırlar ki, oxşar çatışmazlıqlar bütün müasir seçkilərə xas olan bir faktordur. TÜRKPA müşahidəçilər qrupu xüsusən vurğulayırlar ki, həmin nöqsanlar geniş miqyaslı xarakter daşımırdı və seçki nəticələrini şübhə altına qoymaq qənaətinə gətirib çıxarmırdı.


Müxtəlif beynəlxalq və vətəndaş cəmiyyətini təmsil edən milli müşahidəçilərinin seçkilərin bütün etaplarında qatılması seçki prosesin şəffaflığını daha da artırıb. Qazaxıstan xalqının iradəsinin tam şəkildə ifadə edilməsi, seçicilərin aktiv iştirakı və hər səviyyədə müşahidəçilərin geniş mövcudluğu seçkilərin demokratik və azad mühitdə keçirilməsini təsdiq edir.


TÜRKPA Beynəlxalq Müşahidəcilər Missiyası bəyan edir ki, cuzi texniki nöqsanların istisna olmaqla, prezident seçkiləri Qazaxıstan Respublikasında ölkənin qanunvericiliyi və beynəlxalq standartlara uyğun olaraq demokratik şəraitdə keçirilib. Həmin seçkilər Qazaxıstan dövlətinin hər vətəndaşın seçki hüquq və azadlıqları təmin edən demokratik seçkilərnən bağlı üzərinə götürdüyü beynəlxalq öhdəliklərə riayət olunmasını göstərir. Ümumiyyətlə, TÜRKPA Beynəlxalq Müşahidəcilər Missiyası 3 Aprel 2011-ci ildə Qazaxıstan Respublikasında keçirilən növbədənkənar prezident seçkilərini beynəlxalq demokratik standartlara uyğun olduğunu və rəsmən tanıdığını bəyan edir.

Bütün xəbərlər Facebook səhifəmizdə