Rövşən Novruzoğlu: “İrəvan-Xankəndi reysi üçün alınan təyyarələrin xüsusiyyəti onlardan hərbi məqsədlər üçün də istifadə etməyə imkan verir“ - MÖVQE

Rövşən Novruzoğlu: “İrəvan-Xankəndi reysi üçün alınan təyyarələrin xüsusiyyəti onlardan hərbi məqsədlər üçün də istifadə etməyə imkan verir“ - MÖVQE

Xəbər verildiyi ki, ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza dünən jurnalistlərə açıqlamasında Ermənistan tərəfindən işğal olunan Azərbaycan ərazisi Xankəndində aeroportun açılması və oraya aviareyslərin təşkili barədə suala məntiqsiz bir cavab verib. Səfir Xankəndində aeroport açılması ilə bağlı olan sualları ATƏT-in Minsk qrupuna ünvanlamağı məqbul sayıb. Daha sonra o bildirib ki, Azərbaycandan Naxçıvana uçan təyyarələr də Ermənistanın hava məkanından keçir. Siyasi ekspertlər isə Naxçıvan Muxtar Respublikası ilə Dağlıq Qarabağ arasında belə bir müqayisənin aparılmasının qəbuledilməz olduğunu qeyd edirlər.

 

SİA-ya açıqlamasında siyasi ekspert Rövşən Novruzoğlu bildirib ki, münaqişə bölgəsində strateji obyektlərlə bağlı ATƏT-in Minsk qrupunun nizamnaməsində xüsusi maddə var: "Həmin nizamnamədə göstərilib ki, münaqişə bölgəsində strateji obyektlər həmsədrlərin icazəsi olmadan açıla bilməz. Diqqət çəkən məqam odur ki, həmin tələbə məhz Metyu Brayzanın həmsədri olduğu dövrdə sözügedən diplomat da imza atıb. Belə bir tələbin qoyulmasında da məqsəd odur ki, həmin streteji obyektlərdən sonradan hərbi məqsədlər üçün istifadə edilmə ehtimalı var".

 

İrəvan-Xankəndi aviareysi üçün artıq 50 nəfərlik 3 təyyarənin alındığını deyən siyasi ekspert bildirib ki, təyyarələrin xüsusiyyəti onlardan hərbi məqsədlər üçün də istifadə etməyə imkan verir: "Tikilən aeroportun uçuş zolağı mülki aviasiyanın uçuş zolağından 700-800 metr qısadır. Maraqlıdır ki, burada 150 kilometrdən işarə verən radarlar da quraşdırılıb. Bu da onu göstərir ki, bütün məsələlər, hazırlıq işləri hərbi istiqamətdə gedir".

 

ABŞ səfirinin söylədiklərinin heç bir hüquqi əsası olmadığını deyən politoloq bildirib ki, ermənipərəst Minsk qrupunun bir müddət əvvəl həmsədri olan bir diplomatdan bundan artığını gözləmək olmaz.

Bütün xəbərlər Facebook səhifəmizdə