Brenda Şaffer: "Nə üçün oğlunuz Dağlıq Qarabağda hərbi xidmətdədir? FOTO

Amerikalı-israilli professor Brenda Şaffer Ermənistanın Baş naziri Nikol Paşinyanın Münhen Təhlükəsizlik Konfransındakı çıxışını "Twitter" sosial şəbəkəsindən şərh edib. SİA xəbər verir ki, Şaffer Paşinyan və ailəsini əks etdirən fotonu paylaşaraq yazıb: "Paşinyan, siz 2020-ci il Münhen Təhlükəsizlik Konfransında qeyd etmisiniz ki, Dağlıq Qarabağ Ermənistandan ayrı bir subyektdir. Bəs nə üçün öz oğlunuz Dağlıq Qarabağda hərbi xitmətə gedib?".

Qeyd edək ki, Brenda Şaffer eyni zamanda Amerika Elmi Siyasi Assosiasiyasının Xarici Siyasət Bölməsinin keçmiş prezidentidir. Harvard Universiteti nəzdindəki Kennedi hökumət məktəbində Xəzər təhsil proqramının araşdırma sədri kimi də fəaliyyət göstərib.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə