Ölkəmizin gələcəyi üçün çalışan hər bir şəxs diqqət mərkəzindədir -AÇIQLAMA

“Cənab Prezident İlham Əliyev öz çıxışlarında, vətəndaşlarla ayrı-ayrı görüşlərində Dövlət Gənclər Siyasəti haqqında, gənclərə göstərilən diqqət haqqında, gənclər Azərbaycan dövlətçiliyinin gələcəyidir və gənclərə dövlətin prioritet istiqaməti olaraq xüsusi münasibəti barədə dəfələrlə ətraflı danışıb”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclər İdman Baş idarəsinin rəisi Raqif Abbasov deyib.

R.Abbasov bildirib ki, əyani sübut olaraq 2020-ci ilin "Könüllülər ili" elan olunması, ölkəmizin minlərlə gəncinin məhz bu sahədə aktiv olaraq dövlətin inkişafında, dövlətin ayrı-ayrı sahələrdə fəaliyyəti, ölkənin keçirdiyi ictimai-siyasi böyük multikultural beynəlxalq miqyaslı tədbirlərdə iştirak etməsi, öz bilik və bacarıqlarının artırılması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması "Könüllülər ili"nin yaddaqalan, vacib və cəmiyyətdən gələn bir sifariş olduğunun sübutudur: “Digər tərəfdən xüsusi olaraq cənab Prezident İlham Əliyevin bu yaxınlarda gənclərin Prezident təqaüdü ilə təltif oluması və bu təltiflər 10 müxtəlif istiqamət üzrə; sosial, təhsil və elm, gənclər siyasəti, ictimai fəaliyyətində fərqlənmiş gənclərin təltif olunması dövlətin gənclərə qayğısının bariz nümunəsidir. Bu gənclərin kadr ehtiyyatı olmaqları gənclər üçün çox vacib məqamdır və cəmiyyətə növbəti mesajdır ki, öz bilik və bacarıqlarını artırmaqda, ictimai-siyasi fəaliyyətində ölkəmiz üçün, gələcəyimiz üçün çalışan hər bir şəxs diqqət mərkəzindədir”.

R.Abbasov vurğulayıb ki, Cənab Prezident təltifdə təkcə paytaxt gənclərini deyil, eyni zamanda bölgə gənclərini də təlktif etməsi onu göstərir ki, bu münasibət təkcə paytaxt gənclərinə deyil, bütün gənclərə şamil olunub: “Bu isə o deməkdir ki, Azərbaycanda regionlarda yaşayan gənclərin də inkişafına, çalışdıqları sahədə fərqlənməklərinə xüsusi diqqət və önəm verilir. Ümumiyyətlə Normativ Hüquqi Aktlar, Dövlət Gənclər Siyasəti haqqında 2017-2021-ci il dövlət proqramının mövcudluğu bir daha Azərbaycan Respublikasının Prezidentinin gənclər siyasətinə münasibətinin göstəricisidir və bu nümunəvi bir addımdır. Ölkəmizdə Gənclər İdman Nazirliyinin, Gənclər Fondunun , Milli Məclisdə gənclərlə bağlı komissiyanın, Prezident Administrasiyasında gənclərlə bağlı iş şöbəsinin mövcudluğu bir daha onu göstərir ki, Azərbaycan gənci üçün müraciət etmək, öz bilik və bacarığını göstərmək, rəy və təkliflərini çatdırmaq üçün yetərincə dövlət qurumları mövcuddur və bu siyasət gələcəyimizin inkişafına yönələn dövlət siyasətidir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə