Orta Asiya ölkələri arasında istər siyasi, istərsə də iqtisadi baxımdan sabitliyin simvolu halına gələn Qazaxıstan xalqı prezident seçkisində bir daha "Nazarbayev" dedi. SİA-nın məlumatına görə, seçicilərin 95,5 faizi prezident Nursultan Nazarbayevə ölkəni idarə etmək üçün daha bir dəfə səlahiyyət verib. 2005-ci ildə keçirilən seçkidə 91 faiz səslə qalib gələn N.Nazarbayev əlavə 4 faiz səs qazanmaqla mövqeyini daha da möhkəmlədib.
Seçkilərə Nazarbayev ilə birlikdə qatılan namizədlərdən Vətənpərvərlər Partiyasının sədri Qani Kasımov 1,9, Kommunist Partiyasının lideri Cambıl Axmetbekov 1,4, "Tabiqat" ekologiya birliyinin rəhbəri Mels Eleusizovdur isə 1,2 faiz səs toplayıb. Səsvermənin məcburi olmadığı ölkədə xalqın 89 faizi səsvermə hüququndan istifadə edib. 16,5 milyon əhalisi olan Qazaxıstanda seçkini Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (AGİT), Şanxay Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyi kimi beynəlxalq təşkilatlardan mindən çox müşahidəçi izləyib. Qazaxıstan xaricdə yaşayan vətəndaşların seçkidə iştirakı üçün dünyanın 35 ölkəsində seçki məntəqəsi yaradıb.
Yenidən dövlət başçısı seçilən Nazarbayevin parlement, siyasi partiyalar və yerli idarəçilik sahələrində islahatların etməsi gözlənilir. Daxili siyasətdə gənclərin daha çox iştirak etməsi planlaşdırılır. Astananın xarici siyasətinin Rusiya, Çin, ABŞ, Avropa Birliyi və İslam ölkələri ilə çoxistiqamətli əlaqələrlə davam etməsi gözlənilir. Nazarbayevin həyata keçirəcəkləri arasında "millətimə edəcəyim son xidmətim olacaq" dediyi "2020 Strateji Planı" da mühüm yer tutur.
Müstəqil Dövlətlər Birliyi müşahidəçi qrupunun rəhbəri seçkinin açıq və şəffaf bir mühitdə keçirildiyin açıqlayıb. Rəsmi olmayan ilk nəticələrin açıqlanmasından sonra N.Nazarbayev xalqa təşəkkür edib. Seçkilərin son dərəcə açıq və şəffaf bir mühitdə baş tutduğunu ifadə edən Nazarabayev Qazaxıstan xalqının da açıq bir cəmiyyət olduğunu dilə gətirib. Seçkidə bütün qazax xalqının qazandığına diqqət çəkən N.Nazarbayev siyasi və ictimai islahatların daha sürətlə davam edəcəyinin vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB