"İlk növbədə ölkədə əlverişli mühit var, ikincisi ictimai-siyasi sabitlik var" ÖZƏL-AÇIQLAMA
"Azərbaycanda ictimai-siyasi mühit sabitdir və təhlükəsizlik sistemi qorunur". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibinin müavini, Milli Məclisin Komitə sədri Siyavuş Novruzov deyib.
YAP İcra katibinin müavinin sözlərinə görə, Azərbaycanda hər bir vətəndaşın fərdi təhlükəsizliyi qorunur: "Təbii ki, bu da avtomatik olaraq seçki mühitinə böyük təsir göstərir. Yəni azad şəkildə hər bir insan seçmək və seçilmək hüququna malikdir. Birinci növbədə, ölkədə əlverişli mühit var, ikincisi ictimai-siyasi sabitlik var, üçünücüsü hər bir vətəndaşa bərabər şərait yaradılıb. Azərbaycanda Seçki Məcəlləsi fəaliyyət göstərir. Bu il fevralın 9-da keçiriləcək parlament seçkilərində demək olar ki, Azərbaycanda üzdə olan bütün partiyalar, o cümlədən özünü deputatlığa layiqli hesab edən hər bir fərd namizədliyini irəli sürdü. 2 000 (iki minə) yaxın insan parlament seçkilərində iştirak etmək üçün Mərkəzi Seçki Komissiyasına müraciət etmişdi. Bu Azərbaycanın müstəqillik tarixində ilk belə hal idi. Burada müxtəlif təbəqələrin, sferaların, cinslərin, müxtəlif yaş hədlərini təmsil edən insanlar var. Nə ortaya çıxdı? Bu insanların cəmi az bir hissəsi siyasi partiyaları təmsil edirdi. Yerdə qalan hissələrin böyük əksəriyyəti isə fərdi qaydada namizədliyini vermişdi. Biz dəfələrlə qeyd etmişdik ki, Azərbaycanda majoritar seçki sistemi düzgün seçilmiş seçki sistemidir. Builki o namizədlərin irəli sürülməsi buna bilavasitə özünün sübutunu tapdı. Siyasi partiyalarda təmsil olunan insanların baxmayaraq ki, ən böyük hissəsi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüşdü və YAP-ı çıxmaq şərtilə o zaman bu faiz 5-7 faiz civarında ola bilərdi. Qalan insanlar isə fərdi qaydada öz namizədliyini irəli sürüblər və seçilmək arzusunu, istəyini bildirirlər. Bu baxımdan majoritar seçki sisteminin özü də Azərbaycanda düzgün seçilmiş və Azərbaycan seçicisinin, o cümlədən siyasətlə məşğul olmaq, seçilmək istəyən insanların arzu və istəyini özündə tam ehtiva edir.
Bu gün Azərbaycanda seçki mühiti yaradılıb, müraciət edənlərin hamısına imza vərəqələri verilib, imzasını toplayıb müvafiq sənədlərini təqdim edən şəxslərin hər biri qeydə alınıb, imzatoplama prosesində bir dənə də olsun şikayət daxil olmayıb, təbliğat-təşviqat kampaniyasının aparılmasında da namizədlərin hər biri üçün bərabər şərait yaradılıb. O qalan siyasi partiyalar və fərdlər isə bu və ya digər halda şou düzəltməyə çalışırlar. Təsəvvür edin ki, özünə bir səlahiyyətli nümayəndə tapa bilməyən çıxışında bildirir ki, mən seçkilərdə qələbə qazanacam. Hansı ki, seçkilərə komanda şəklində getmək lazımdır. 30-35 məntəqədə müşahidə aparmaq üçün ən azı 50 nəfərə yaxın seçki qərargahının üzvləri tələb olunur. Amma bunlar iki nəfər olmaqla bir-birinin səlahiyyətli nümayəndələridir və üçüncü adam tapa bilmirlər. Beləcə onlar seçkidəki qələbələrindən, nailiyyətlərindən danışırlar. Bu adamlar gələcəkdə sırf antiazərbaycan mövqesində duran, beynəlxalq təşkilatların verəcək bəyanatlarının bariz yemidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB