Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri aprel ayında xarici ölkələrdə keçirilən tədbirlərdə iştirak edəcəklər
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri aprel ayında bir sıra xarici ölkələrdə keçirilən tədbirlərdə iştirak edəcəklər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Azərbaycan hərbçiləri aprelin 3-dən 15-dək Rumıniyanın Buxarest, Avstriyanın Vyana və ABŞ-ın Boston şəhərlərində Qara Dəniz Təhlükəsizlik Proqramı üzrə kursda, aprelin 4-dən 8-dək Almaniyada NATO Qərargah zabitləri üçün tanışlıq kursunda, aprelin 4-dən 15-dək Niderlandın Brunsum şəhərində Açılan Birgə Qüvvələrin Qərargah təlim kursunda, aprelin 11-dən 15-dək Makedoniyada OCC Proqramı çərçivəsində qiymətləndiricilər üçün 21-ci təlim kursunda, İtaliyanın Roma şəhərində IPOC Ali zabitlər üçün keçiriləcək kurs çərçivəsində "Tərəfdaşlar üçün tanışlıq kursu"nda, Türkiyənin Ankara şəhərində Strateji kommunikasiya kursunda, aprelin 11-dən 17-dək İstanbulda 14-cü Beynəlxalq Dənizçilik yarışlarında, Fərdi tərəfdaşlıq Planına (FTP) əsasən aprelin 11-dən iyulun 1-dək Macarıstanın Budapeşt şəhərində Hərbi İngilis dili kursunda iştirak edəcəklər.
Həmçinin zərbaycanın bir sıra ölkələrlə imzaladığı ikitərəfli əməkdaşlıq planlarına uyğun olaraq Azərbaycan hərbçiləri Pakistan ikitərəfli əməkdaşlıq planına əsasən aprelin 4-dən iyunun 11-dək Pakistanın Murree şəhərində Zabitlər üçün kəşfiyyat kursuna, Azərbaycan - ABŞ iş planına əsasən aprelin 6-dan dekabrın 2-dək San-Antonio şəhərində Suüstü əməliyyatlar üzrə zabit kursuna, aprelin 6-dan iyunun 11-dək Hərbi Hava Qüvvələri Komanda Qərargah Akademiyasında kursa, aprelin 6-dan avqustun 13-dək Xüsusi təyinatlı zabit kursuna, Almaniya ilə ikitərəfli əməkdaşlıq proqramına əsasən aprelin 7-dən sentyabrın 30-dək Hürt şəhərində Alman dili və motoatıcı tabor komandiri kursuna, aprelin 8-dən15-dək Manheym şəhərində Təbabətə müraciət mövzusunda konfransa qatılacaqlar.
FTP-dən əlavə olaraq aprelin 12-dən 14-dək Avstriyanın Reyxenau şəhərində Sülh Naminə Tərəfdaşlıq Konsorsiumunun Terrorizmlə mübarizə üzrə İşçi Qrupunun növbəti görüşü keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB