Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan İbrahim Tatlısəsi ziyarət edib
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan silahlı hücuma məruz qalan sənətçi İbrahim Tatlısəsi xəstəxanada ziyarət edib.
SİA-nın xəbərinə görə, bir müddət xəstəxanada qalan baş nazir çıxışda jurnalistlərə açıqlama verib. Ərdoğan Tatlısəsin durumunun yaxşı olduğunu deyib: "Onu çox yaxşı gördüm, yaxşı söhbətimiz oldu. Sağ tərəfində bir şey yoxdur. Solda biraz var. Danışığında hər hansı problem yoxdur. Hafizəsini də yaxşı gördüm".
Baş nazir İbrahim Tatlısəsin deputatlığa namizədliyi ilə bağlı sualın cavabında isə "indi müraciətini aldım" deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB