"Aksiya keçirmək hər bir vətəndaşın hüququdur". Bunu SİA-ya açıqlamasında “Yurddaş” partiyasının sədri Mais Səfərli deyib. Onun sözlərinə görə, yəni bu konstitusiya ilə bizə verilmiş hüquqdur: "Yeri gəlmişkən, ən çoxda bu hüquqdan radikal müxalifət düşərgəsini təmsil edən şəxslər yararlanırlar, o cümlədən “Milli Şura” və AXCP və s. Bir sözlə, adları çəkilən şəxslər bu hüquqdan gen-bol istifadə edirlər. Amma burada söhbət ondan gedir ki, hazırda seçki prosesi gedir və bu seçkilər bütün siyasi partiyalar, qurumlar, həmçinin vətəndaşlara imkan verir ki, bu seçkilərə qatılıb öz ideyalarını dinc yolla keçirdiyi görüşlərdə seçicilərə çatdırsınlar. Belə bir normal formatı qoyub, icazəsiz aksiyalara qatılmaq siyasi düşüklükdür. Yəni başa düşülən deyil ki, nəyə görə müxalifət bunu edir. Adı çəkilən partiyalar seçkilərə qatılmaq əvəzinə, icazəsiz aksiyalar keçirmək istəyirlər. Görünür sözügedən qüvvələr cəmiyyətdə qarşıdurma yaratmaq istəyirlər. Yəni stabilliyin pozulmasına yönəlik addımlar atmağa çalışırlar. Amma onların bu istəkləri baş tutmayacaqdır. Çünki onların xalq tərəfindən heç bir dəstəyi yoxdur. Belə olan halda onlar hansı aksiyaların keçirilməsindən danışırlar? Adları çəkilən qüvvələrin bu günə qədər keçirdiyi bütün aksiyalar uğursuzluğa düçar olub və bundan sonrada olacaq".
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB