"Prezident cənab İlham Əliyev ruhən islahatçıdır" ÖZƏL-MÜNASİBƏT

"Prezident cənab İlham Əliyev ruhən islahatçıdır" ÖZƏL-MÜNASİBƏT

"Ümumiyyətlə Azərbaycan Prezidenti cənab İlham Əliyev ruhən islahatçıdır. Onun çalışdığı bütün sahələrdə həmişə yeniliyə, Azərbaycanı daha yaxşı etmək üçün çalışmaları göz qarşısındadır". Bunu SİA-ya millət vəkili Aydın Mirzəzadə deyib.

Deputatın sözlərinə görə, Prezident yerli mətbuat orqanları qarşısında çıxışında da bir daha vurğuladı ki, o islahatçılığa önəm verir və dövlət başçısı islahatların aparılmasının yeni anonsunu verdi: "Məhz bunun nəticəsidir ki, Azərbaycanda daim inkişaf gedir, idarəetmə yenilənir, Azərbaycanda idarəetmə orqanlarına olan tələblər artırılır və onların xalqla yaxınlığı, cəmiyyətin problemlərinin həll edilməsində aktivliyi artırılır. Əhalinin sosial rifahının yaxşılaşdırılması üçün ilk növbədə yeniliklər olmalıdır. Özünü doğrultmayan prinsiplər, həlqələr, yanaşmalar cəmiyyətimizdən silinməlidir, etimadı doğrultmayan kadrlar dəyişilməlidir. Bütün bunlar hamısı cənab Prezidentin siyasətində öz əksini tapıb və müsbət nəticələrini verir. Büdcəmiz artır, infrastruktur yaxşılaşır, əhalinin pensiya və müavinətlərinin hər il artırılması üçün ciddi addımlar atılır, beynəlxalq aləmdə Azərbaycanın nüfuzu durmadan artır. Hesab edirəm ki, cənab Prezidentin islahatçılıq siyasəti günün tələblərinə cavab verən bir siyasətdir və cəmiyyət tərəfindən ciddi surətdə müdafiə edilir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə