18 Mart Azərbaycanın Milli Qəhrəmanı Rafiq Nəsrəddinovun doğum günüdür. Qarabağ Azadlıq Təşkilatından SİA-ya verilən xəbərə görə, Rafiq Hüseyn oğlu Nəsrəddinov 1961-ci il martın 18-də Bakı şəhərində anadan olub. O, 1992-ci ildə zabit kimi Milli Orduda xidmətə başlamış, tank hərbi hissəsinin qərargah rəisi olmuş, Ağdərə rayonu istiqamətində bir sıra döyüşlərdə rəşadətlə vuruşub. 1992-ci il sentyabrın 6-da Ağdərə rayonunun Qızılqaya kəndi yaxınlığındakı döyüşdə son nəfəsinədək vuruşmuş, qəhrəmanlıqla həlak olub.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Oxuduğu 39 saylı məktəb onun adını daşıyır. Məktəbdə büstü qoyulmuş, yaşadığı binaya xatirə lövhəsi vurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB