““Söyüş müxalifəti”ni heç kim dəstəkləmir” RƏY-ÖZƏL

““Söyüş müxalifəti”ni heç kim dəstəkləmir” RƏY-ÖZƏL

"Mitinq və hər hansı bir tədbirlər keçirmək siyasi partiyaların konstitusiyon hüququdur". Bunu SİA-ya açıqlamasında Təkamül partiyasının sədri Teyyub Qənioğlu deyib.

Onun sözlərinə görə, amma əsas məsələ budur ki, bu mitinqlərdə hansı məsələ müzakirə olunacaq? Əgər adları çəkilən şəxslər bu seçki ilə bağlı məsələləri müzakirə etmək istəyirlərsə, ondan bunlar seçkiyə qatılmalı idilər: "Seçkiyə qatılmamaqla “Milli Şura” adlandırılan qurumun tərkibinə daxil olan insanlar bəri başdan məğlub olacaqlarını başa düşüblər və seçkiyə qatılmaqdan da ona görə çəkiniblər. Çünki sözügedən qüvvələr çox yaxşı bilirlər ki, onların xalq tərəfindən dəstəyi yoxdur. Xüsusilə də radikallara məxsus olan “söyüş müxalifəti”ni heç kəs dəstəkləmir. Ona görə də, adları çəkilən qüvvələr bilirlər ki, seçkiyə qatılacağı təqdirdə fiaskoya uğrayacaqlar. Əgər sözügedən qüvvələr nəyə isə nail olmaq istəyirlərsə buyursunlar seçkilərdə iştirak edin demokratik qaydada, icazə verilən həddə yığıncaqlarınızı keçirin, seçicilərin dəstəyini qazanın və seçicilərin dəstəyini qazanacağınız təqdirdə buyurun Milli Məclisdə təmsil olunun. Yox əgər bəri başdan məğlubiyyətlərinizi etiraf edirsinizsə, onda belə bir misal var daldan atılan daş topuğa dəyər. Bu aksiyaları keçirməklə nə deyəcəksən və kim səni dəstəkləyəcəkdir? Ataların belə bir misalı var, deyir milçək bir şey deyil, amma borşun içərisinə düşür ürək bulandırır. Yəni adları çəkilən qüvvələr bu cür hərəkətləri ilə ürək bulandırmaqlarına ehtiyac yoxdur. Onların bu cür hərəkətləri onlara xarici qüvvələr tərəfindən verilən növbəti tapşırıq ola bilər. Çünki Azərbaycanda sabitliyi bəyənməyən qüvvələr var. Amma onların ölkəmizlə bağlı planları baş tutmayacaqdır".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə