Nikol Paşinyanın yanlışlıqları, səhvləri, ziddiyətli fikirləri etiraf olunur

Nikol Paşinyanın yanlışlıqları, səhvləri, ziddiyətli fikirləri etiraf olunur

Nikol Paşinyan tez-tez Qarabağ münaqişəsinin həlli ilə bağlı ziddiyyətli və qəbuledilməz qiymətləndirmələrlə çıxış edir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Dağlıq Qarabağın qəhrəmanı hesab olunan Vitali Balasanyanın ofisi bəyanat yayıb.

V.Balasanyanın ofisinin bəyanatında Ermənistanın baş naziri Nikol Paşinyanın fəaliyyəti, ələlxüsus Dağlıq Qarabağla bağlı çıxışları kəskin tənqid edilir.

"2018-ci ilin aprelində Ermənistan Respublikasında hakimiyyət dəyişikliyindən sonra hazırkı baş nazir Nikol Paşinyan, Qarabağ münaqişəsinin həllindən danışarkən, tez-tez ziddiyyətli və qəbuledilməz qiymətləndirmələrlə çıxış edir. Xüsusən, Paşinyanın "Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı danışıqlarda iştirak etməlidir", "Qarabağ Ermənistandır və son", "Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan xalqı üçün də məqbul olmalıdır" kimi çıxışları bir birinə ziddiyət təşkil edir”, deyə bildirilir.

Qeyd olunur ki, Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı atdığı addımlar yanlış, etdiyi çıxışlar bir-birini təkzib edəndir. Bu səbəbdən də onunla fikir ayrılığında olduqları da gizlədilməyib. Həmçinin bildirilib ki, Vitaliy Balasanyanın minlərlə həmfikir və tərəfdarları Paşinyanın yanlışlıqlarına qarşı mübarizənin başında olacaqlar.
Əslində, Nikol Paşinyanın yanlışlıqları, səhvləri, ziddiyətli fikirləri erməni cəmiyyətində artıq açıq şəkildə etiraf olunur. Hətta göründüyü kimi onunla, onun bu yanlışlıqları ilə mübarizə də özünü biruzə verir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə