Bu gün Media-İKT qarşılıqlı münasibətlərinə həsr olunmuş tədbir keçirilib

Bu gün Media-İKT qarşılıqlı münasibətlərinə həsr olunmuş tədbir keçirilib
Bu gün Medianın və İKT-nin qarşılıqlı münasibətlərinə həsr olunmuş tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə "Ayna"- "Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı, Azerfonun baş icraçı direktoru Yurqin Pitz, Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev və digərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan "Ayna"- "Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı bildirib ki, 21 əsr yeni texnologiya əsridir. "Dövrün inkişaf etməsi nəticəsində müəyyən funksiyalarla ayaqlaşmağa çalışırıq. Gənc nəslin köşklərdən qəzet almaq həvəsləri yoxdur. Onlar daha yaxşı inkişaf edərək yeni mənbələrdən informasiya almağa üstünlük verirlər. Azərbaycanda internet vasitəsi ilə reklam qazanmaq mümkün deyil". Baş redaktorun dediyinə görə, qəzetlərin gələcəkdə xəbər resusu daşımasını gözləyirik.

Azerfonun baş icraçı direktoru Yurqin Pitz çıxışı zamanı Azərbaycanda mobil operatorların sayı 100 % olduğunu dilə gətirib. Y.Pitz sözlərinə görə, internetə getdikcə meyl daha da artır. Direktor vurğulayıb ki, mobil telefonlar getdikcə mühümlük kəsb edərək onlardan internet kimi də istifadə edirlər. Yurqin Pitz qeyd edib ki, 5 milyon invesiyya qoymuşuq ki, işimiz keyfiyyətli olsun.

Qeyd edək ki, tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə