Layçak: "Qarabağda real gərginlik təhlükəsi var"

"Qarabağda real gərginlik təhlükəsi var". SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Slovakiyanın xarici işlər naziri və ATƏT-in hazırkı sədri Miroslav Layçak ATƏT Xarici İşlər Nazirləri Şurasının 26-cı iclasında deyib.

Ötən ili dəyərləndirən Layçak münaqişələrin həlli üçün dialoqun Minsk Qrupu prosesi, Cenevrə müzakirələri və 5 + 2 formatı çərçivəsində il boyu davam etdiyini qeyd edib: “Bu platformalardan istifadə edərək il ərzində etimad yaratmağa, gərginliyi azaltmağa, sadəcə dialoqu davam etdirməyə çalışdıq, lakin şəkilə başqa tərəfdən baxsaq, orada qırmızın rəngin az olduğunu görmək mümkündür”.

“Öz vəzifəsini tərk edən bir sədr olaraq bu münaqişələrin birdəfəlik həll olunmasının sehrli bir düsturum yoxdur”, - deyə Layçak qeyd edib.

O əlavə edib ki, ATƏT-in yeni dialoq üçün kanallar tapmaq səyləri əvəzsizdir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə