"Hakimiyyət KİV-lərə qarşı diskriminasiya siyasəti aparır" Aqasi Yenkoyan

"Hakimiyyət KİV-lərə qarşı diskriminasiya siyasəti aparır" Aqasi Yenkoyan

Ermənistanda "Zerkalo" mətbuat klubuna basqın və bu yöndə aparılan cinayət işinin uzanması erməni media müdafiəçilərinin narazılığına səbəb olub.

"Bu təbiidir, belə ki, hakimiyyət KİV-lərə qarşı diskriiminasiya siyasətini aparır və xoşuna gəlməyənlərin susdurulmasında maraqlıdır". SİA xəbər verir ki, bu barədə "news.am" saytı "Mediaqoruyucu" təşəbbüs qrupunun rəhbəri Aqasi Yenkoyanın sözügedən məsələ ilə bağlı keçirdiyi mətbuat konfransındakı fikirlənini ictimailəşdirib.

Onun sözlərinə görə, əgər hücumu həyata keçirən şəxslər mətbuatda, sosial şəbəkələrdə törətdikləri əməlləri ilə lovğalanırlarsa, bunun özü sübut edir ki, mətbuat azadlığına qarşı aşkar siyasət yürüdülür, bundan əlavə həmin xulqanlar əmindirlər ki, onlar cəzalandırılmayacaqlar, sonunda hər şey unuduacaq və yaddan çıxacaq.
Təşəbbüs qrupunun rəhbəri həmçinin xatırladıb ki, bir vaxtlar "Haykakan Jamanak" qəzetinə (adıçəkilən mətbu orqanın baş redaktoru baş nazir Nikol Paşinyan olub -R.R.) hücumlar olarkən, jurnalist cameəsi buna qarşı birləşib, etirazlar etdilər və bu vəziyyət Paşinyana çox tanışdır. "Belələri mövcud təxribatlar törətmək üçün yaradılmış mobil qruplardır", Yenkoyan bildirib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə