Azərbaycan- Gürcüstan- Ermənistan: müqayisə nəyi göstərir?- ANALİZ
Sovet İttifaqı dağıldıqdan sonra Cənubi Qafqazda yaranan müstəqil dövlətlər fərqli siyasi, iqtsiadi və sosial kurs götürdülər. O zaman bunlardan hansının hansı perspektiv vəd etməsi haqda müxətlif fikirlər və rəylər səslənsə də, hər şeyi zamanın göstərəcəyi qeyd olunurdu. Budur, artıq zaman keçdi və 3 Qafqaz ölkəsindəki siyasi, iqtisadi və sosial durum göz önündədir.
Azərbaycanda iqtisadi və sosial yüksəliş davam edir
Azərbaycanda son 10 ildə böyük iqtisadi sıçrayış, bütün sahələrdə sürətli inkişaf müşahidə olunur. Ölkənin ÜDM istehsalı 40 milyard dollara, dövlət büdcəsi 15 milyard dollara, strateji valyuta ehtiyatları 30 milyard dollara çatıb. Son 7 ildə orta inkişaf tempi 10 faiz təşkil edir. Ölkədə orta əməkhaqqı 400, orta pensiya 120 manata, adambaşına düşən gəlir 6000 dollara yaxındır. Bütün sosial proqramlar yerinə yetirilib, yoxsulluğun səviyyəsi 5 dəfə azalaraq 10 faizdən aşağı enib. Azərbaycanın yarım milyondan çox vətəndaşı hər ay dövlətdən sosial yardım alır. Son 7 ildə ölkədə 900 mindən çox yeni iş yeri yaradılıb. Daha çox iş yeri bölgələrdə açılıb. Azərbaycan kənd təsərrüfatının əsas məhsulları ilə özünü, demək olar ki, təmin etməyə başlayıb. Ölkənin modernləşdirilməsi, iqtisadiyyatın gələcəkdə bizə böyük artım verəcək sektorlarına, ilk növbədə, informasiya-kommunikasiya texnologiyaları sahəsinə sərmayələr qoyulması baxımından da çox iş görülüb.
Qeyd edək ki, qlobal böhrana baxmayaraq, ölkə iqtisadiyyatının sürətlə inkişafı ilə yanaşı, əhalinin rifah halının daha da yaxşılaşması, dövlət tərəfindən sosial öhdəliklərin tam yerinə yetirilməsi, sahibkarlıq subyektlərinin sayının artması, infrastrukturun təkmilləşdirilməsi, yeni iş yerlərinin yaradılması sayəsində işsizliyin minimuma endirilməsi prosesi davam edir. Əldə olunmuş uğurları nümayiş etdirən makroiqtisadi göstəricilər ölkəmizin inkişaf sürətinə görə öncüllər sırasında olduğunu göstərir. Azərbaycan artıq investisiya yatırılan ölkədən, investisiya yatıran ölkəyə çevrilir.
Təkcə onu demək kifayətdir ki, Azərbaycan Ordusunun büdcəsi 3 milyard dollardan çoxdur ki, bu da Ermənistanın ümumi dövlət büdcəsindən çoxdur. Son illərdə Azərbaycanda tikilən yeni zavod, fabrik, sosial obyektlər, idman kompleksləri, mədəniyyət müəssisələri və digər infrastruktur obyektləri Gürcüstan və Ermənistandan birlikdə götürüldükdə 3 dəfə çoxdur.
Son illərdə dünyada meydan sulayan iqtisadi böhranı ölkəmizin iqtisadiyyatına və əhalinin gəlirlərinə mənfi təsir etməyib. Son illərdə ölkə hökumətinin stratejin inkişaf konsepsiyasının düzgün həyata keçirilməsi nəticəsində böyük uğurlar əldə olunub.
Gürcüstanda hər şey bahalaşır, sosial problemlər artır
Son vaxtlar Gürcüstan bazarlarında qiymətlər sürətlə artır. "Regnum" agetnliyi xəbər verir ki, bu özünü həm ərzaq məhsullarının, həm də istehlak və xidmət növlərinin qiymətində birüzə verib. Hökumət rəsmiləri bununla bağlı yayılan məlumatlara heç bir şərh vermirlər, ya şərh verməkdən çəkinirlər, yaxud da ki, bütün bunların həqiqətə uyğun olmadığını bildirirlər. Bir çox hallarda isə məmurlar qeyd edirlər ki, ölkədə hər hansısa məhsul və ərzaqa defist halları rast gəlinməyib. Bu cür bəyanatlardan sonra isə qiymətlərin qalxması yenidən davam edir.
Şəkər 15 faiz bahalaşıb, çörərin qiyməti qalxmasa da, çəkisi azalıb. Bu isə o deməkdir ki, artıq çörəyin də qiyməti artıb. Ötən ay Tiflisdə şəhərdaxili nəqliyyatda gediş haqqı da bahalaşıb. Ölkədə kommunal xidmətlər də bahalaşıb, "su pulu", "işıq pulu", "zibil pulu" artıb. Son zamanlar Gürcüstanda baş verən bahalaşmanı dünya bazarlarında yaranmış vəziyyətlə bağlayırlar, çünki Gürcüstan isə idxalçı dövlətdir. Bütün bu hallar isə əhalinin əsas hissəsinə mənfi təsir göstərir. Artıq ekspertlər yaxında ölkədə sosial partlayışın olacağını istisna etmirlər.
Ölkədə hələ də xeyli uşaq yoxsulluq içində yaşayır. Onların təhsil imkanı yoxdur, səhiyyə xidmətləri əlçatan deyil. Bu cür uşaqlar 28 faiz təşkil edir. Küçə uşaqlarının da sayı artır. Bu istiqamətdə dövlət strategiyası yoxdur. Minlərlə uşaq küçələrdə dilənir. Ümumiyyətlə, Gürcüstanın dövlət büdcəsi 4 milyard dolları ötmür. Tbilisi maliyyə çatışmazlığından 2011-ci il üçün hərbi xərclərini azaldıb. Ölkənin 2011-ci il üçün hərbi xərcləri 366 milyon təşkil edib. Bu da ötən ilə nisbətən 50 milyon azdır. Məlumat üçün bildirək ki, 2008-ci ildə Gürcüstanla Rusiyanın hərbi münaqişədə olduğu bir vaxtda ölkənin hərbi xərcləri 1 milyard olaraq ÜDM-un 9,7 faizini təşkil edib.
Ermənistanda sosial-iqtisadi fəlakət yaşanır
Ermənistanda yoxsul təbəqə sürətlə genişlənir. Ermənistanın "Ayots aşxar" qəzeti yazır: "Ölkədə insanların hər 3 nəfərdən 2-i yoxsul, həmin 2 nəfərindən 1-i isə çox yoxsuldur. Yalnız son 1 ildə Ermənistanda yoxsul insanların sayı 214 min nəfər artıb. Hazırda 2 milyon əhalinin 1.3 milyona yaxını yoxsuldur. Bu isə Ermənistanın hansı fəlakət qarşısında qaldığını aydın göstərir. Ölkədə işsizlik getdikcə artır, əhali sürətlə ölkəni tərk edir. Uzağa getmək imkanı olmayanlar isə, Gürcüstanın yaxın bölgələrində hamballıq edirlər. Müstəqillik əldə etdikdən keçən 20 ildə Ermənistanda 1 milyon yarımdan artıq vətəndaş xaricə köçüb.
Ermənistanda onsuz da çox zəif olan maliyyə imkanları getdikcə daha da azalır. Beynəlxalq təşkilatların proqnozlarına görə, Ermənistan bu il dünyada ən çox geriləməyə məruz qalan ölkələrdən biri olacaq. Ötən il, ÜDM-in həcminin rekord səviyyədə- azı 15% düşdüyü artıq faktdır. Dünya maliyyə qurumları ölkənin büdcə kəsirinin ÜDM-ə nisbətinin 8%-dək artacağını, cari hesab kəsirinin isə 13%-i üstələyəcəyini proqnozlaşdırır. Bu ilin sonuna kimi Ermənistanda xarici borcun ÜDM-ə nisbəti ortalama 50 faiz olacaq. Dövlət Statistika Xidmətinin məlumatına görə, ölkənin 4 milyard dollara yaxın borcu var.
İşğalçı ölkədə iqtisadi durum daha ümidsiz şəkil alıb. Bu ilin sonuna kimi Ermənistanda xarici borcun ÜDM-ə nisbəti 50 faizdən çox olacaq. Ölkənin xarici borcu son 2 ildə 2 dəfə artıb. Ermənistan rəsmiləri yalnız bir funksiyanı yerinə yetirirlər. Onlar yalnız korrupsiya ilə məşğul olurlar. Yerevan ölü şəhər görünüşü verir. Qeyd edək ki, 2011-ci il üçün Ermənistan büdcənin gəlirləri 2,35 milyard, xərcləri isə 2,75 milyard nəzərdə tutulub. Hərbi xərcləri 387 milyon kimi göstərilib ki, bu da ötən ilə nisbətən 14 milyon çoxdur.
Cənubi Qafqazda kiçik sosial-iqtisadi müqayisə nəyi göstərir?
Azərbaycanın 2011-ci il üçün dövlət büdcəsinin parametrləri Gürcüstan və Ermənistanın dövlət büdcəsinin ümumi parametrlərindən bir neçə dəfə çoxdur. Belə ki, 2011-ci il üçün dövlət büdcəsinin gəlirləri 15 milyard manatdan çox proqnozlaşdırılıb, lakin dünya bazarında neftin qiymətinin yüksək həddə olması büdcəyə daha bir neçə milyardın əlavə ediləcəyini deməyə əsas verir. Qeyd edək ki, Gürcüstan dövlət büdcəsinin gəlirləri $3,6 mlrd., Ermənistanın dövlət büdcəsinin gəlirləri isə $2,4 mlrd. proqnozlaşdırılıb. Azərbaycanda 2011-ci ildə dövlət büdcəsinin xərcləri $16 mlrd, Gürcüstanda $3,8, Ermənistanda $2,8 mlrd. proqnozlaşdırılır. Beləliklə də, Azərbaycanın regionda ən güclü iqtisadi mərkəzə çevrildiyi ortadadır.
Yeri gəlmişkən, MDB Dövlətlərarası Statistika Komitəsinin hesabatına görə, 2011-ci ilin yanvarında Birlik ölkələrində MDB ölkələrində inflyasiya orta hesabla 2% təşkil edib. Qurum bildirir ki, bu ilin ilk ayında birlik üzvləri arasında ən böyük inflyasiya Ermənistanda (2,8%), ən az inflyasiya isə Azərbaycanda (0,8%) qeydə alınıb. Belarusda bu rəqəm 1,4%, Rusiyada 2,6%, Qazaxıstanda 1,7%, Qırğızıstanda 2,7%-dir. 2010-cu ildə MDB ölkələri arasında ən kiçik illik inflyasiya da Azərbaycanda qeydə alınıb- 5,7%. Beynəlxalq maliyyə təşkilatları Ermənistanda ötən il inflyasiya tempinin 15 faizdən çox olduğunu qeyd edirlər.
Göründüyü kimi, postsovet məkanında ölkələrin sosial iqtisadi durumu ortadadır. Respublikalarda qlobal böhrana davam gətirmə səviyyəsi aşağıdır. Azərbaycanda isə durtum fərqlidr. Qlobal böhran şəraitində Azərbaycanın əldə etdiyi nailiyyətlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də təsdiqlənib. BMT-nin İnsan İnkişafına dair növbəti hesabatında 169 ölkə arasında Azərbaycanın 67-ci yer tutması buna əyani sübutdur.
Beləlilə aydın olur ki, Cənubi Qafqaz ölkələrinin içində yeganə inkişaf edən dövlət Azərbaycandır. Gürcüstan çoxsaylı problemlər içindədir, Ermənistan isə, faktiki olaraq sosial-iqtisadi fəlakətə düçür olub. Bu kiçik müqayisə Azərbaycanın bölgənin lider dövləti olduğunu bir daha təsdiq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB