Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində Baş nazirin müavini, YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədovun iştirakı ilə mətbuat konfransı keçirilir. SİA-nın verdiyi məlumata görə, mətbuat konfransı YAP-ın Siyasi Şurasının bugünkü iclasına həsr olunub.
Mətbuat konfransında YAP icra katiblərinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı da iştirak edir.
Qeyd edək ki, YAP-ın Siyasi Şurasının bu gün keçirilən iclasında partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməsi tövsiyə olunub.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB