Moskvada məhkəmə Ermənistanın bir vaxtlar deputatı olmuş şəxsi həbs edib. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistan baş prokurorunun müşaviri Qor Abramyan, Rusiya məhkəməsinin, Ermənistan parlamentinin keçmiş deputatı Levon Sarkisyanın 40 gün müddətinə həbs olunması barədə tələbini təmin etdiyini bildirib.
Abramyanın sözlərinə görə, Ermənistan Baş Prokurorluğu Rusiya Baş Prokurorluğuna Sarkisyanın ("Un fabrikindən Levik" ləqəbi ilə tanınan) ekstradisiyası üçün lazımi sənədlərlə birlikdə ərizə göndərib.
Ermənistan baş prokurorunun müşaviri bildirib ki, Ermənistan və Rusiya prokurorluqları arasındakı əməkdaşlıq nəticəsində Rusiya məhkəməsi Rusiya prokurorluğunun Levon Sarkisyanın ekstradisiyasına baxılması üçün 40 gün müddətinə saxlanılması barədə vəsatətini təmin edib.
Xatırladaq ki, 2018-ci ildən bu yana Respublika Partiyasından olan sabiq deputat Levon Sarkisyan axtarışdadır. 51 yaşlı Sarkisyan Ermənistan Dövlət Gömrük Komitəsinin keçmiş rəhbərinin malikanəsində quldurluq təşkil etməkdə, həmçinin cinayətkar cəmiyyətdə iştirak etməkdə şübhəli bilinir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB