Vüqar Səfərli: “İki il müddətinə bina tikilib təmirli şəkildə 140-150 nəfər jurnalistə veriləcək” - AÇIQLAMA
Təcrübəyə göndərilən tələblərin hələ ki, səviyyəsi haqqında bir söz deyə bilmərəm, onlar praktikaya təzə başlayıblar. SİA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli məlumat verib. O bildirib ki, fondun koordinatoru tələbələrin göndərildiyi qəzetlərlə mütəmadi əlaqələr saxlayır, onların davamiyyəti barədə məlumat saxlayır. Bir-iki ay müddətində onların səviyyəsi və davamiyyəti barədə dəqiq məlumat verə biləcəyik: "Bu olmadan öncə də jurnalistika fakülətəsinin tələbələri redaksiyalarda təcrübə keçirdilər. Ancaq sirr deyil ki, tələbələrin 90%-i təcrübəyə getmir, sadəcə sənədləri toplayıb universitetlərə təqdim edirdilər. Bu gün bizim əsas məqsədimiz istedadlı tələbləri gələcəkdə işlə təmin etməkdir. Bu da onların özlərindən asılıdır".
Digər universitetlərdə jurnalistika fakultəsində təhsil alan tələbələrlə keçiriləcək görüşlərə gəlincə, V.Səfərli qeyd edib ki, hələlik başqa universitetdə görüş keçirmək fikirləri yoxdur: "Çünki fikirləşirik ki, jurnalistika fakultəsi əsasən Bakı Dovlət Universiteti və Bakı Slavyan Universitetindədir. Digər universitetlərin rəhbərləri bizə müraciət edərlərsə, onların fikirlərini dəstəkləyər və həmin universitetlərdən də redaksiyalara tələbələr göndərərik".
V.Səfərli əlavə edib ki, 2010-cu ildə ölkə prezidenti jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə sərəncam imzalayıb. Jurnalsitlərə evlərin tikilməsi üçün artıq yerlərin ayrıldığını deyən KİVDF-nin icraçı direktoru qeyd edib ki, layihələr artıq təsdiqlənib. Onun sözlərinə görə, iki il müddətinə həmin bina tikilib təmirli şəkildə 140-150 nəfər jurnalistə veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB