Ermənistan hakimiyyəti, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçi görüşündən dərhal sonra cəbhə xəttində 10 yaşlı Fariz Bədəlovu snayperdən açılan atəş nəticəsində qətlə yetirməklə bir daha öz niyyətlərindən geri çəkilmədiklərini, uşaq qatili olaraq qaldıqlarını təsdiq etdi.
SİA-nın məlumatına görə, bu barədə Qarabağ Azadlıq Təşkilatının (QAT) bəyanatında bildirilir.
QAT prezidentlərin Soçi görüşünə toxunaraq bunu Rusiyanın Qarabağ münaqişəsini tam şəkildə öz nəzarətinə keçirmək cəhdi kimi qiymətləndirib:
- İşğalçı Ermənistanın terrorçu prezidenti və Xocalı qatili Serj Sarkisyanla görüşmək deyil, onu beynəlxalq məhkəməyə vermək lazımdır.
- Bu görüşdə hərbi əsirlərin geri qaytarılması ilə bağlı razılaşmanı müsbət qiymətləndirmək olar. Lakin bu məsələyə yenidən qayıdılması həm də onu təsdiq edir ki, Ermənistan hətta adi məsələlərdə də öz sözünün üstündə durmur və Həştərxan razılaşmasını yerinə yetirmək istəmir.
- Rusiya Soçi görüşü zamanı Qarabağ münaqişəsi üzərində inhisarçı mövqeyini rəsmiləşdirməyə, faktiki olaraq Minsk qrupu prosesinə alernativ format yaratmağa, 3 prezidentin görüşlərini davamlı prosesə çevirməyə cəhd göstərib. Bu daha təhlükəli tendesiyalardan xəbər verir.
Qarabağ Azadlıq Təşkilatı bütün bunları nəzərə alaraq hesab edir ki, baş verən hadisələr Qarabağ ətrafında status-kvonun saxlanılmasına, işğal olunmuş ərazilərin Ermənistanın nəzarətində qalması və Ermənistanın bu ərazilərdə möhkəmlənməsinə xidmət edir. Ona görə də Azərbaycan birtərəfli qaydada danışıqlardan çıxmalı və təcili olaraq işğalçı Ermənistana qarşı hərbi əməliyyatlara başlamalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB