Qırğızıstan prezidenti Roza Otunbayeva hazırda Vaşinqtondadır. SİA-nın məlumatına görə, dünən onun Ağ Evdə ABŞ prezidentii Barak Obama ilə görüşü keçirilib. Konqresdə isə Otunbayevanın aparıcı senatorlar -respublikaçı Con Makkeyn və demokrat Con Kerri ilə müzakirələri olub.
Otunbayevanın iki günlük ABŞ səfərinin məqsədi əlaqələrin möhkəmləndirilməsi və Qırğızıstanın üzləşdiyi problemlərin müzakirəsidir.
Bu gün Beynəlxalq Qadınlar günü münasibəti ilə Roza Otunbayeva ABŞ Dövlət Departamentində "Şücaətli qadın" mükafatına layiq görülüb.
Qırğızıstan prezidenti bu medala layiq görülən bir necə qadından biridir. Karneqi mərkəzində politoloqlar, jurnalistlər və rəsmi şəxslərlə görüşü zamanı Otunbayeva ümümu məsələlərə toxunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB