Vətəndaş müharibəsi riskinin getdikcə artdığı Liviyada paytaxt Tripoli yaxınlığındakı Zaviyedə baş verən qarşıdurmalarda 13, təyyərələrlə vurulan Brega, Ecdebiyə və Ras-Lanufda isə 4 adam ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ölkədə ümumilikdə hökumət qüvvələri ilə üsyançılar arasındakı qarşıdurmalarda dünən 34 adam ölüb, 300-ü isə yaralanıb.
Ölkənin şərqini itirən polkovnik Muammar Qəddafi neft şəhərləri Zaviye, Zuara, Ras-Lanuf, Brega və Ecdebiyeyə hücumları davam etdirir. "Ya qələbə, ya da ölüm" şüarı ilə Tripoliyə irəliləyən müxalifət paytaxtın yaxınlığındakı Tajurada bəzi məntəqələri ələ keçirib. "Əl-Cəzirə" televiziyası Zaviyedə 50, Ras-Lanufda isə 4 adamın öldüyünü xəbər verib. Bengazidə isə dünən silah anbarında baş verən partlayışda 17 adam ölüb. Zaviyedəki xəstəxanalarda dərman və tibbi vəsaitlər çatışmır. Brega və Ecdebiye şəhərlərinə hücum edən təyyarələr isə silah anbarlarını bombalayıb.
Beynəlxalq Qızıl Xaç Komitəsi Bengazinin şərqindəki Misrataya təcili yardımlar aparan karvanın vurulduğunu və iki könüllünün yaralandığını açıqlayıb. Havadan hücumlara baxmayaraq on minlərlə Qəddafi əleyhdarı Bingazinin Şüheda meydanında etiraz aksiyası keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB