"Gənclərimiz Prezidentin bu addımını çox yüksək qiymətləndirirlər" ÖZƏL-MÜNASİBƏT

"Gənclərimiz Prezidentin bu addımını çox yüksək qiymətləndirirlər" ÖZƏL-MÜNASİBƏT

"Ölkə başçısı Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi daxili və xarici siyasəti uğurla davam etdirir. Bu siyasət öz fəlsəfi etibarı ilə islahatlara söykənir". Bunu SİA-ya açıqlamasınada Milli Məclisin deputatı Elman Nəsirli deyib.

O qeyd edib ki, dövlət başçısı 2018-ci il aprel ayında keçirilən seçkilərdə növbəti dəfə xalqın etimadını qazanıb, Prezident seçildikdən sonra andiçmə mərəsimində bir daha vurğuladı ki, bundan sonra islahatlar siyasəti daha da dərinləşəcək. Eyni zamanda Prezident bu proqram xarakterli çıxışında dərinləşəcək islahatların əsas istiqamətlərini də göstərdi: “Bu ilk növbədə sosial-iqtisadi sahəni, məhkəmə-hüquq və siyasi islahatlat sistemini əhatə edirdi. Cənab Prezident xüsusilə sosial və iqtisadi sahədə çox ciddi islahatlar keçirir. Bu mərhələ onunla xarakterizə olunur ki, dünya iqtisadiyyatının xarakteri dəyişib, innovativ, texnoloji yeniliklər, müasir iqtisadiyyatda əsas meyllərdəndir. Bu baxımdan iqtisadi islahatların dərinləşməsi, nəticə etibarı ilə bizim iqtisadi müstəqilliyimizi daha da möhkəmləndirir. İqtisadi müstəqillik isə siyasi müstəqilliyi şərtləndirir. Yəni, biz iqtisadi cəhətdən nə qədər güclü olsaq, bir o qədər də, siyasi baxımdan müstəqilliyimiz güclənəcək”.

Deputat həmçinin qeyd edib ki, cənab Prezident xüsusilə oktyabr ayının 15-də Nazirlər Kabinetində keçirdiyi iqtisadi müşavirədə bu məsələni bir daha diqqətə çatdırdı və söylədi ki, yeni geoiqtisadi reallıqlar, yeni dünyanın iqtisadi meylləri, tendensiyaları bizim iqtisadi siyasətimizi yenidən qurmağı və bu baxımdan çox ciddi strukturlar həyata keçirməyi tələb edir.

Ölkə başçısı həmçinin vurğulayıb ki, biz xüsusilə gənclərə yol açmaq istəyirik və gənc, savadlı, bacarıqlı, müasir iqtisadi inkişaf meyllərini bilən gənclərə yola açmalıyıq: "Bu islahatın nəticəsi olaraq Quba, Qusar, Xaçmaz rayonlarına yeni gənc icra başçılarının, eyni zamanda Prezident Administrasiya rəhbərliyinə yeni gənc kadrların təyin olunması onu göstərir ki, ölkə başçısı gənclərə xüsusi önəm verir. Həyata keçirilən islahatlar cəmiyyətimizdə çox yüksək dəyərləndirilir və xüsusilə Azərbaycan gəncləri Prezidentin bu addımını çox yüksək qiymətləndirirlər".

Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə