Moskva Ermənistana ikinci xəbərdarlığını edir

Moskva Ermənistana ikinci xəbərdarlığını edir

Ermənistan hakimiyyətinə artıq ikinci dəfədir ki, xəbərdarlıq edilir. SİA Ermənistana məxsus hayeli.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, dünən ATƏT-in Minsk Qrupunun Rusiya xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinə toxunub və hətta bu rakirsda Ermənistana xəbərdarlıqlar da edib.

Məlumatda qeyd olunur ki, Lavrov daha əvvəl Valday Forumundakı çıxışında Nikolay Paşinyanın "Qarabağ Ermənistandır və son" ifadəsini tənqid edərək, bu cür ifadələrin danışıqların davam etməsinə şərait yaratmadığını vurğulamışdı. İndi artıq ikinci dəfədir ki, Moskva Lavrov səviyyəsində Ermənistanı tənqid atəşinə tutur və xəbərdarlıq edir.

Xatırladaq ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov noyabrda Ermənistana səfər edəcək və mümkündür ki, Lavrov hirsini bu dəfə daha obyektiv və birbaşa şəkildə Paşinyana yönəldəcək, konkret tələblər irəli sürüb, konkret addımlar tələb edəcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə