Nikol Paşinyan hüquq-mühafizə orqanlarına rahatlıq vermir. SİA Ermənistama məxsus aysor.am saytında yayımlana məlumata istinadən xəbər veir ki, bu barədə "Qraparak" qəzeti yazır.
Qəzet yazır ki, hüquq-mühafizə orqanlarının rəhbərləri oz yaxınları arasında baş nazir Nikol Paşinyanın onlara təcavüz etməsindən şikayətlənməyə başlayıblar. Məlumata görə, hüquq-mühafizə orqanlarının rəhbərləri şikayət edirlər ki, Paşinyan güc strukturlarının rəhbərlərinə gecə yarısından sonra, məsələn, gecə saat 3-dən 4-ə qədər zəng vura, həmən anda xatırladığı bir məsələdən danışa, tapşırıq verə və istədiyi əmrləri də verə bilər. Onlar şikayətlənirlər ki, erməni baş nazir hətta gecənin yarısı zəng vurub hansısa bir cinayət işi, onun nəticələri, hansısa bir məhkumun taleyi barədə də soruşur və narahatlıq yaradır, eyni zamanda incidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB