"Mən öz çıxışıma Azərbaycan Respublikasına minnətdarlıq etməklə başlamaq istəyirəm". SİA xəbər verir ki, bunu Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının sammitində çıxışı zamanı Uqandanın xarici işlər naziri Sam Kahamba Kutesa deyib.
O qeyd edib ki, regionda terrorçuluq halları tez-tez baş verir: "Bizim hərəkatımızın əsas prinsipləri ədalətli dünyanın qurulmasıdır. Biz həmçinin təcavüzün edilməməsini əsas götürürük.
Beləliklə, çoxtərəflilik prinsiplərini tətbiq etməliyik ki, bu problemlər öz həllini tapsın. Bizim təşkilatımızda dünya ölkələrinin əksəriyyəti cəmləşib.
Biz istərdik ki, siyasi və iqtisadi inkişafı əngəlləyən maneələri aradan qaldıraq. Resursların idarə edilməsi də çox mühüm məsələyə çevrilib. Hamımız öz üzərimizə düşən məsuliyyəti hiss etməliyik. Uqanda hökuməti Cənub-Cənub əməkdaşlığını vacib hesab edir.
Yekun olaraq bildirmək istəyirəm ki, biz bu sammitin təşkilindən olduqca razıyıq və növbəti sammitin bizim ölkəmizdə – paytaxtımız Kampalada keçirilməsi təşəbbüsü ilə çıxış edirik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB