Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində 4 vəzifəli şəxs barəsində araşdırma başlanılıb. SİA-nın məlumatına görə, Şamaxı rayonu Mədrəsə kənd bələdiyyəsinin sədri Fərman Əhmədov və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kürdəmir Şöbəsinin sədri Qismət Abdurrahmanov həbs edilib.
Şamaxıda daha iki nəfər, şəhər bələdiyyəsinin sədri Mürvət Zeynalov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin müdiri Mehman Əfəndiyev saxlanılıb.
Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov SİA-ya açıqlamasında həmin şəxslər barəsində daha ətraflı məlumatın ictimaiyyətə açıqlanacağını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB