"AXCP və Milli Şuranın istəyi Azərbaycanı xaosa çevirməkdir" ÖZƏL-MÜNASİBƏT
"Son günlər sosial şəbəkələr üzərindən özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklər, eləcə də özünü Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, həmin qurumun rəhbərliyində təmsil olunan şəxslər, habelə xarici ölkələrdə sığınacaq almış və sponsorlarının əmrlərini yerinə yetirən sosial şəbəkə istifadəçiləri tərəfindən oktyabrın 19-da “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq Bakı metropoliteninin “28 May” stansiyasının önündə qanunsuz aksiya keçirilməsinə çağırışlar edilməkdədir". Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.
"Qeyd edim ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən mitinqin Lökbatan qəsəbəsi, 28 May küçəsi, “Neftçi” idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsi təklif edilib. Lakin buna baxmayaraq təşkilatçılar həmin vaxtda qanunla qadağan edilmiş yerdə, yəni metropolitenin qarşısında razılaşdırılmamış qanunsuz aksiya keçirəcəkləri barədə məlumatlar paylaşmaqdadırlar.
Bütün bunlar AXCP rəhbərliyinin və həmin qanunsuz aksiyanın təşkilatçılarının əsas məqsədinin toplantı keçirmək deyil, əhalinin kütləvi toplaşdığı və qanunla qadağan edilmiş yerlərdə ictimai asayişin pozmaq olduğunu göstərir.
Müxalifətin əsas vəzifəsi hakimiyyətə gəlmək olmalıdır. Hakimiyyətin tənqidi də normaldır. Bu onların vəzifələridir. Lakin, AXCP və Milli şuranın istəyi Azərbaycanı xaosa çevirmək, donorlarının maraqlarını icra etməkdir.
Bu gün Azərbaycanın uğurlarına sevinməyən, coğrafi cəhətdən kiçik dövlətin qlobal layihələrə imza atmasını belə istehza ilə qarşılayan Milli şura qərəzli olmasını sübut etmiş olur. Məgər son iki ildə Azərbaycanın iradəsi ilə TANAP, TAP və Bakı -Tbilisi -Qars layihələrinin reallaşdırılmasında, layihələrin İNİSİATORU olan prezident İlham Əliyevin əməyini yerə salmaq olar? Məgər Heydər Əliyevin Əsrin müqaviləsini reallaşdırmağı bacarmasının nəticəsi olaraq ölkəmizin təhlükəsizliyin qorunmasını sual altına almaq olar?
O ki qaldı, onların vurğuladığı ölkədəki sosial - iqtisadi vəziyyətə. Son 9 ayda qeyri-neft sənayesi 15 faiz , kənd təsərrüfatı 7 faizdən çox artmışdır.Xarici dövlət borcumuz ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. İnflyasiya 2 faiz civarındadır. Doing Business” hesabatında biz biznes mühitinə görə dünya miqyasında 25-ci yerdəyik. Son hesabatda Azərbaycan yenə də 20 ən islahatçı ölkə sırasında yer alıb.
Beynəlxalq təşkilatların iqtisadiyyatla bağlı bütün statistikalarında ölkəmiz dünyada müsbət dinamikası olan dövlətlər siyahısındadır.
Nəticəsindən asılı olmayaraq hakimiyyətin gördüyü bütün işləri tənqid edən Milli Şura sosial şəbəkələrdəki provokator robotları ilə apardığı bu siyasət cəmiyyətin əksər hissəsi tərəfindən əlbəttə ki, xoş qarşılanmır. Ölkədə və dünyada gedən siyasi proseslərdən başı çıxan hər kəs bilir ki, dünyanın heç bir dövləti inqilab nəticəsində "ağ günə" çıxmamışdır. Dayan Milli Şura, dayan Kərimli. Ölkəni xaosa çevirməyə imkan verməyəcəyik"-deyə, politoloq fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB