YAP İsmayıllı rayon təşkilatı, İsmayıllı rayon icra hakimiyyəti, İsmayıllı Təhsil Şöbəsi və rayon gənclər idman idarəsi ilə birgə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi müsabiqə-müsahibə mərhələsindən müvəffəqiyyətlə keçib rayonun ümumtəhsil məktəblərinə təyinat almış gənc müəllimlərlə görüş keçirilib.
YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova gənc kadrları salamlayaraq, işə qəbulolma münasibətləri ilə onları təbrik edib. Müəllimlik peşəsinin müqəddəsliyi və ucalığı barədə fikirlərini çatdırıb. Müəllim adını yüksəltmək, bu adı şərəflə daşımaq üçün tövsiyələrini verib. Natiq qeyd edib ki, bu gün Ümummilli Lider Heydər Əliyev ənənələri uğurla davam etdirilir: "Həm onların peşə bayramları günündə, həm də yeni dərs ilinin başlanması münasibətilə müəllimlər dövlətin yüksək qayğısını görürlər. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı, onu təsdiqləyir ki, bu mühüm amil son dövrlərdə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilmişdir. Heydər Əliyev Fondunun təhsilin inkişafına verdiyi dəstək isə, öz əhəmiyyəti ilə seçilmişdir.
Gənc müəllimlərə dövlət qayğısından danışan RTŞ-nın müdiri Rasim Orucov yeni təyinat almış müəllimlərin müsabiqədə yüksək bal toplamasını müsbət hal kimi dəyərləndirib. İsmayıllı təhsilinin ildən-ilə artan uğurlarına əmək fəaliyyətinə yenicə başlayan müəllimlərin də töhfə verəcəklərinə əmin olduğunu bildirib.
Tədbirdə çıxış edən YAP İsmayıllı rayon təşkiltının aparat rəhbəri Anar Nəbiyev, İsmayıllı Gənclər və İdman İdarəsinin rəisi ,YAP İsmayıllı rayon təşkilatının sədr müavini Taleh Salehov, İsmayıllı rayon icra hakimiyyətinin məsul işçisi Namiq Kərimov Azərbaycanda yeni gənc nəslin yetişməsi və tərbiyə olunmasında təhsilin əhəmiyyətindən, Yeni Azərbaycan Partiyasının cəmiyyətdə rolunun artması fonunda müəllimlərin partiyanın ictimayi-siyasi həyatındakı rolundan danışıblar.
Tədbirin sonunda «Könüllülük fəaliyyəti»nə qoşulmuş bir qrup gənclərə sertifikatlar təqdim edilib.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB