“Cəbhəşüvən” sözünün müəllifi mən deyiləm, necə deyərlər, xalq yaradıcılığıdır, bugün bir feys-paylaşımda gördüm. Hanı, deyərlər ya – “hər ziyanda bir xeyir var” – bax, AXCP-nin trollarının ifrat fəallıq ziyanı da, artıq xalq yaradıcılığını körükləməklə xeyir verir: “demo.şüvən”, “yutubşüvən”, “feysşüvən”... və nəhayət “cəbhəşüvən”...Bəli, əfəndimə söyləyim, getdikcə daha çox insana bəlli olur ki, AXCP sədrinin, onun çevrəsinin xeyli müddətdən bəri manipulyasiya etdiyi və iqtidara qarşı yönəltdiyi “arqument”lər, özlərini həmin “arqumentli əməllər”dən yayındırmağa xidmət edirmiş". Bu fikirləri SİA-ya açıqlamasında Milli QHT Forumunun (MQF) İdarə heyətinin üzvü Əkbər Qoşalı deyib.
Onun sözlərinə görə, Kərimli trol şəbəkəsi üzərindən sosial şəbəkələrdə öz çıxarlarına uyğun kampaniyalar təşkil edir, müxtəlif şəxsləri hədəfə alır, onları (öz ağıllarınca) aşağılayır, yalan-palanlar yayır: "Məsələn, kərimsiz Kərimlinin yenicə istefa vermiş fuadsız müavininin ailəsində baş vermiş (əlbəttə, heç bir Azərbaycan ailəsində baş verməsini arzulamadğımız) olayla bağlı gedən müzakirələr, AXCP sədrinin, onun çevrəsinin olaylara ikili standartla yanaşdığını ortaya qoymuş oldu. Bu və bənzəri olay onlara əks siyasi düşərgədə olardısa, nə baş verərdi, əlinizi vicdanınıza qoyun cavab verin, lütfən...
İkili standart deyərkən ağla ilk gələn, torpaqlarımızın işğalına münasibətdə (hətta barış sağlamalı olan ATƏT-in Minsk Qrupunun həmsədrləri başda olmaqla bəzi üzvləri qarışıq) bir çox dövlətin, qurum-quruluşun ikili standartları yada düşür. Deyirəm, can, ay Vətən, can! – Çöldə də ikili standart, içəridə də iklili standart.!? Belə də müxalifətmi olar? – Bir halda ki, xeyli cavan-cümrünü sosial şəbəkələrdə trolluğa cəlb edə bilirsiz, olmazmı onların gündəlik fəaliyyətlərinin barı 25-30 fazinisə işğalçı Ermənistanın əleyhinə çevirməyə yön verəsiz?! Olmazmı!? Olmazsa, niyə olmaz?! Cavan-cümrü olanda noolar? – Bəyəm, torpaqlarımızın işğalının, demokrat kostyumlu işğalçı Paşinyanın adıyaman açıqlamalarının onlara heçmi ziyanı yoxdur? İstər xaricdə, istər ölkədə yaşasın – trollaşdırdıqlarınızın itən enerjisinin (müqabilində bu xalqın) ahı sizi tutmazmı?
Siyasi lider o deyil ki, xalqın dəliqanlılarını, cavanlarını trola döndərsin, siyasi lider odur ki, yanlış yolda olan vətəndaşlarını doğru yola yönəltsin, onları islah eləsin. İndi görün, trol istehsalçıları özlərini nə yerinə qoyublar? Görün, millətin enerjisini nəyə yönəldirlər? – Nədi-nədi, bunların siyasi ehtirası “dibə vursun”... O AXCP zamanında cılız belə olmamışdı mən bilən... Görün insanların sadəlöhvlüyü, bəlkə liberallığı, bəlkə demokratlığı, hətta bəlkə vətənpərvərlik saydığı hiss-həyəcanı, duyğu-düşüncəsi Kərimlinin başçılığı dövründə “...şüvənlik”, trolluq səviyyəsinə (səviyyəsizliyinə!) endi də, endi... Çox təəssüf, çox. Başqa şeylər qalsın bir yana, o trolların partiya çıxarları adına, şiddətə məruz qalan xanımın üzərinə tökülüşməsi hansı kitab-dəftərə sığar? Bizim ya milli gələnəkdə ya siyasi nəzakətdə ya da nədəsə, hardasa, kimdəsə... buna haqq verməkmi yazı(lı)r.?!
Trolluq edənlərə, başıqan cavan-cümrülərə münasibətdə yanlışdan döndərmək, vətəndaşları doğru yola yönəltmək, onları islah eləmək yönündə nə demək olar? – Demək istərdim, evitikilmişlər, bu ölkədə gənclər-idman siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı var, Gənclər Fondu var, konstruktiv mövqeli gənclər təşkilatları var, Gənclər Təşkilatlarının Milli Şurası var – var da, var – buyurun, qoşulun, layihələr icra edin, ölkəyə, gəncliyə, xalqa yararınız toxunsun, yaranız yox...".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB