Korrupsiya faktları Ermənistanda artmaqdadır

Korrupsiya faktları Ermənistanda artmaqdadır

Ermənistanda bir sıra korrupsiya hallarının üstü açılır. SİA Ermənistan məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidməti tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Ermənistan Respublikası Əmək və Sosial İşlər Nazirliyinin xidməti sahəsində korrupsiya cinayəti aşkar edilib.

Məlumata görə, əlillik müddətinin uzadılması üçün müraciət edən Ermənistan Respublikası vətəndaşından müvafiq vəzifəli şəxslər rüşvət aldığı müəyyən edilib. Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsində aşkar edilmiş hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi də açılıb.

Hazırda ilkin araşdırmalar aparılır. Məlum korrupsiya faktında günahkar olanların müəyyənləşdirilməsi, cinayət məsuliyyətinə cəlb edilməsi üçün zəruri əməliyyat-istintaq tədbirləri və istintaq hərəkətləri aparılır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə