“İradio” ilk beynəlxalq layihəsinə start verir

"İradio" (İRƏLİ radio) ilk beynəlxalq layihəsinə start verir. "İrəli" İctimai Birliyindən SİA-ya verilən məlumata görə, "British Council" tərəfindən hazırlanan "Selector" verilişi hər həftənin çərşənbə axşamı saat 16.00-da "İradio"da yayımlanacaq. Veriliş 2 saat davam edəcək. Bu müddət ərzində radionun efirində yalnız Britaniya musiqisi səslənəcək.

Bundan başqa musiqilər haqqında məlumat da veriləcək. Verilişin aparıcıları Sahil Nağızadə, Niyaz Əliyev və Turan Nəbizadə olacaq.

Qeyd edək ki, "Selector" "İrəli" radionun ilk beynəlxalq layihəsidir və hazırda dünyanın 30-a yaxın ölkəsində yayımlanır. Təqribən 30 milyon dinləyicisi olan bu iki saatlıq proqram Birləşmiş Krallıqdan ən yaxşı yeni və populyar musiqi və musiqiçiləri təqdim edir.

Bütün xəbərlər Facebook səhifəmizdə