Türkiyənin Rotal Digital şirkəti akademik Zərifə Əliyeva adına məktəb liseydə təqdimat keçirib

Türkiyənin Rotal Digital şirkəti akademik Zərifə Əliyeva adına məktəb liseydə təqdimat keçirib

Fevralın 17-də Zərifə Əliyeva adına liseydə Multimərkəzin təqdimatı keçirilib. SİA-nın xəbərinə görə, təqdimat Türkiyənin Rotal Digital şirkəti tərəfindən həyata keçirilib. Təqdimat "2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" cərcivəsində olub. Təqdimatda "Elektorn Məktəb" layihəsinə qoşulan məktəblərin direktorları və aparıcı müəllimləri iştirak edib.

Təqdimat zamanı bir çox qabaqcıl dünya ölkələrində tətbiq olunan Multimərkəzlərin nümayişi etdirilib və Multimərkəzlərin Azərbaycanda da yaradılması barədə müzakirələr aparılıb.

Bu sistemlərin əsas üstünlükləri şagirdlərin bilik və bacarıqlarının praktik inkişaf etdirilməsi üçün imkanlar yaratmasıdır.

Multimərkəzlər artiq ABŞ, Polşa, Rusiya, Argentina, Macarıstan, Hindistan və digər ölkələrdə yaradılıb. Multimərkəz informasiya texnologiyalarından fərdi inkişaf və biliklərə yiyələnmək üçün daha geniş imkanlar yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə