Ermənistanın “Joxovurd” qəzetinin yazdığına görə, avqustun sonlarında, ya da sentyabrın əvvəllərində “Stepanakertdə” (Xankəndində - dırnaqlar bizimdir- R.N.) “Demokratik vətən” partiyasının təsis qurultayı keçiriləcək. SİA adıçəkilən erməni nəşrinə istinadən xəbər verir ki, təsis olunacaq partiyaya Samvel Babayan rəhbərlik edəcək, partiyanın yaranması qeydə alınacaq, sonra isə təşkilatın rəhbərliyi müəyyən ediləcək. “Partiyanın yaranmasına qədər isə, artıq “Stepanakertdə” S.Babayanın ofisi fəaliyyət göstərir”, deyə yazan erməni nəşrinə görə, “konstitusiya dəyişiklikləri” ilə bağlı təklifin qəbul edilməsi məsələsi hələ də aydın olmasına baxmayaraq, S.Babayanın “prezidentliyə namizəd” kimi irəli sürülməsi də bəlli deyil. “Artıq onun tərəfdarları fəal seçkiqabağı kampaniyaya başlayıblar”, “Joxovurd” onun və tərəfdarlarının qisasa hazırlaşdığını yazır.
Qeyd edək ki, hələ 2007-ci ildə S.Babayan “Alyans” partiyasına rəhbərlik edib və onun Ermənistanın hazırkı rəhbərliyi ilə yanaşı, “DQR” rəhbərliyi ilə də münasibətləri düşmənçilik səviyyəsindədir. Daha dəqiq desək, Babayan qondarma respublikada siyasi hakimiyyəti zor gücü ilə dəyişdirilməkdə də ittiham olunub. Maraqlıdır ki, S.Babayan da Ermənistanın mövcud iqtidarı və “DQR”in hazırkı rejiminə qarşı düşmən mövqedə dayanmasını inkar etmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB