Bu gün YAP Pirallahı rayon təşkilatının 2019-cu ilin I yarımilliyinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabatı ilə bağlı tədbiri keçirilib. Tədbirdə çıxış edən rayon təşkilatının sədri Hikmət Şikarov Yeni Azərbaycan Partiyasının 1992-ci il noyabrın 21-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq, siyasi həyata vəsiqə aldığını və xalqın partiyasına çevrildiyini söyləyib.
Qeyd edib ki, 17 iyul 2013-ci il tarixində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının təsis konfransı keçirildi və yarandığı gündən rayonumuzun inkişafında və ictimai həyatında Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı mühüm rolu oldu. Partiyanın 6 ayı ərzində təşkilatın fəaliyyətinin uğurlu və məhsuldar olduğunu söyləyən H.Şikarov mədəni-kütləvi tədbirlərin keçirilməsində fəallıq nümayiş etdirdiyini vurğulayıb. Hesabat yığıncağında gündəlikdə duran rayon təşkilatı ərazi ilk partiya təşkilatlarının fəaliyyəti geniş müzakirələr və tövsiyələrlə yadda qaldı.
Gündəlikdə duran 3-cü məsələ - Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı gənclər birliyinin fəaliyyəti barədə məlumat verilib. Tədbirdə Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov, icra nümayəndəliyi ərazi ilk partiya təşkilatının sədri Həsən Niftəliyev, 235 №-li orta məktəb ərazi ilk partiya təşkilatının sədri Şahin Allahverdiyev və digərləri Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının 2019-cu ilin ilk 6 ayı ərzində fəaliyyətini qənaətbəxş hesab ediblər. Tədbir Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edənlərin Fəxri Fərmanla təltif edilməsi və partiya sıralarına yeni qəbul olunmuş bir qrup şəxsə partiya vəsiqələrinin təqdim olunması ilə yekunlaşıb.
R.NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB