Ədliyyə Nazirliyi yanında Penitensiar sistemə nəzarət üzrə İctimai Komitənin yeni tərkibi açıqlanıb
Fevralın 11-də Ədliyyə Nazirliyi yanında Penitensiar sistemə nəzarət üzrə İctimai Komitənin yeni tərkibdə ilk iclası keçirilib. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iclasda qurumun fəaliyyəti dövründə görülən işlər müzakirə olunub, hüquq-müdafiəçisi Əliməmməd Nuriyev qurumun koordinatoru seçilib. Tədbirə qatılan ədliyyə naziri Fikrət Məmmədov penitensiar sistemdəki dəyişikliklərdən, o cümlədən məhkumların hüquqlarının təmin olunması, saxlanma şəraitinin müasirləşdirilməsi, bu sahədə şəffaflığın və ictimai nəzarətin artırılması, islah işi üzrə görülən tədbirlərdən danışıb.
Nazir korrupsiyaya qarşı daha da ciddi mübarizənin aparılması ilə bağlı prezidentin tapşırıqlarını xatırladaraq, rüşvətxorluq və digər neqativ hallarla mübarizədə vətəndaş cəmiyyətinin təmsilçisi olan İctimai Komitənin rolunu xüsusi qeyd edib. Tədbirin sonunda ədliyyə naziri İctimai Komitə üzvlərinə cəzaçəkmə müəssisələrinə maneəsiz buraxılması üçün xüsusi vəsiqələr təqdim edib.
Qeyd edək ki, İctimai Komitənin yeni tərkibi ötən ay formalaşıb. Komitənin əvvəlki tərkibi belə olub: Zəlihə Tahirova, Çingiz Qənizadə, Əliməmməd Nuriyev, Sahib Məmmədov, İradə Cavadova, Elmari Məmişov, Elmira Ələkbərova, Səidə Qocamanlı, Nazir Quliyev və Şahin Camalov.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB