"Əli Kərimli və ətrafı Azərbaycan əlehinə olan hadisələrə dərhal reaksiya verir" ÖZƏL-MÜNASİBƏT
"AXCP sədri Əli Kərimlinin və onun ətrafının “xeyriyyə marafonu” adı altında tədbir keçirməsi, müxtəlif çağırışlar etməsi sırf onlara verilən tapşırıq əsasında həyata keçirilirdi". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin Komitə sədri Siyavuş Novruzov deyib.
YAP İcra katibinin müavinin sözlərinə görə, xaricdə oturan erməni lobbisi Azərbaycanda keçirilən bu cür tədbirlərin nüfuzuna xələl gətirməkdən, kölgə salmaqdan ötrü guya “xeyriyyə marafonu” adı altında bu cür kampaniya təşkil edirdilər: "Burada açıq-aydın təxribat var idi. Onların düşüncəsinə görə, guya Azərbaycanda vəziyyət elədir ki, artıq burada “xeyriyyə marafonu”na ehtiyac var. Bu gün Azərbaycanda kasıbçılığın, işsizliyin həddi minimuma çatıb, əmək haqqları artırılıb. Təsəvvür edin ki, bu insanlar ölkəmizdə əmək haqqları, pensiyalar artırılan zaman “xeyriyyə marafonu” adlı kampaniya təşkil edirlər. Aydın məsələdir ki, onlar verilən tapşırığı yerinə yetirməlidirlər və nəticə etibarilə də bu addımı atırlar. O baxımdan da bunlar həmişə müəyyən dairələrin tapşırıqlarını yerinə yetirməyə çalışan insanlardır. Məsələn, görürsən ki, cəbhə bölgəsində hansısa hadisə baş verən kimi onlar yenə ayaqüstədirlər və hər bir olaya reaksiya verirlər. Bir sözlə, onlar Azərbaycanın əlehinə yönəlmiş hadisələrinə dərhal reaksiya verirlər. O baxımdan da bunların “xeyriyyə marafonu” adı altında müxtəlif çağırışlar etməsi sırf təxribat idi və hüquq-mühafizə orqanları da bu təxribatın qarşısını aldı”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB