“Əli Kərimlinin hüquq-mühafizə orqanları tərəfindən saxlanılması ictimai çağırışlara cavab verirdi” RƏY-ÖZƏL

“Əli Kərimlinin hüquq-mühafizə orqanları tərəfindən saxlanılması ictimai çağırışlara cavab verirdi” RƏY-ÖZƏL

"AXCP sədri Əli Kərimli zamanında onu siyasətə gətirən, rəhbərlik etdiyi təşkilatda sədr müavini təyin edən Əbülfəz Elçibəyə xəyanət edən insandır". Bunu SİA-ya açıqlamasında Palitra" qəzetinin baş redaktoru Namiq Əliyev deyib. Onun sözlərinə görə, bu şəxs millətə və dövlətimizə də xəyanət edir: "Bütün mümkün vasitələrdən istifadə etməklə milli və dövlətçilik maraqlarımıza zərbə vurmağa çalışır. Hesab edirəm ki, qanunsuz yürüş keçirməyə cəhdlə əlaqədar onun hüquq-mühafizə orqanları tərəfindən saxlanılması ictimai çağırışlara tam şəkildə cavab verirdi. Sorosun Bakıdakı əlaltısı rolunda çıxış edən Ə.Kərimli bəzən xarici qrantlardan yararlanmaq üçün düşmən kimi qəbul edib, zərərsizləşdirməyə çalışdırdı Müsavat, ADP və digər partiya yetkililərinə əl uzadıb, birgə fəaliyyət göstərməyi təklif edir. Müəyyən hallarda qarşı tərəf bu təklifləri qəbul edir. Çünki onlar da pul əldə etmək, qrantdan bəhrələnməyə çalışırlar. Hətta yığışıb "Milli Şura" kimi qondarma qurum da yaradırlar. Belə maddi maraq üzərində yaranan birliklərin də sonu olmur. Diqqət etmisinizsə, bu adamların birlikdə olma müddəti qrantın bitməsinə qədərdir, vəsait qurtardısa, anında dağılışıb yeni mənbə axtarırlar. Məsələn, Emin Milli "Meydan" TV-də olanda ətrafına toplaşanlar indi onun yanında deyillər. Çünki onları ideoloji tellər birləşdirmirdi. İdeoloji əsasa malik olmayan, maddi maraqları önə çəkən insanların "siyasi mübarizəsi" isə bizim cəmiyyətimiz üçün təhlükəlidir. Onlar maddi prinsiplərdən çıxış edərək istənilən xarici qüvvəyə, hətta erməni lobbisinə də işləyə bilərlər".

GÜLYANƏ

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə