Mais Səfərli: “Bu müxalifətin bədbəxtçiliyidir ” RƏY-ÖZƏL

Mais Səfərli: “Bu müxalifətin bədbəxtçiliyidir ” RƏY-ÖZƏL

“Bu gün dünyanın siyasi xəritəsinə nəzər yetirsək Azərbaycan kimi davamlı siyasi stabilliyin, iqtisadi inkişafın olduğu dövlətlərin azlıq təşkil etdiyini görmək olar”. Bunu SİA-ya açıqlamasında “Yurddaş” partiyasının sədri Mais Səfərli deyib. Onun sözlərinə görə, bu da ondan irəli gəlir ki, Azərbaycanda bu stabilliyi əldə etmək, iqtisadi inkişafı təmin etmək üçün müdirik, uzaqgörən siyasət aparıb: “Bir sözlə, Azərbaycan dövləti dünya dövlətləri arasında yetərincə hörmətini qazanmış bir dövlətdir. Ölkəmizin güclü inkişafını hər kəs çox yaxşı bilir. Təəssüflər olsun ki, Azərbaycanın həm xaricində, həm də daxilində elə qüvvələr var ki, ölkəmizin parlaq inkişafına qısqanclıqla yanaşırlar. Xüsusilə də xaricdə ermənipərəst qüvvələr bunu həzm edə bilmirlər və bu qüvvələrdə ölkəmizin inkişafını əngəlləmək üçün, stabilliyi pozmaq üçün çox çeşidli vasitələrdən istifadə edirlər. Bu gün çox təəssüflər olsun ki, stabilliyin pozulmasına yönəlik addım atan qüvvələrdən biri də radikal müxalifətdir. Radikal müxalifətin atdıqları bu addımlar birbaşa xaricdə Azərbaycanı istəməyən, inkişafından qısqanclıq hissi keçirən qüvvələrin dəyirmanına su tökmək deməkdir. Bu qüvvələr normal siyasi fəaliyyət göstərmək üçün özlərinin səhvlərini düzəltmək əvəzinə şər və böhtan kamapaniyası ilə gündəmə gəlmək istəyirlər. Ancaq yanılırlar. Bu cür anormal addımları, açıqlamaları ilə cəmiyyət də nifrət obyektinə çevrilməklə, gözdən düşürlər. Bu müxalifətin bədbəxtçiliyidir”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə