17-19 oktyabr 2011-ci il tarixlərdə AMEA Biologiya Elmləri Bölməsi, AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, AR Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Torpaqşünasları Cəmiyyəti, AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun birgə təşkilatçılığı ilə "Torpağı qoruyub özümüzü qoruyaq" devizi altında xarici ölkələrin nümayəndələrinin iştirakı ilə Azərbaycan torpaqşünaslarının III qurultayı keçiriləcək.
SİA-nın xəbərinə görə, qurultayda torpağın istifadə və qorunmasının müasir problemləri, torpağın fiziki xüsusiyyətləri, kənd təsərrüfatının çətin vəziyyətlərə uyğunlaşması problemləri, torpaqşünaslıqda və ətraf mühitin qorunmasında informasiya texnologiyaları, ekologiya və torpağın qorunması, erroziyaya qarşı torpağın bioloji qorunması, aqrokimya və torpağın gübrələnməsi, torpaq resurslarının səmərəli istifadəsi və qorunması sahəsində maarifləndirici və instruktiv tədbirlər və s. mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB