Saakaşili Putinə ehyam vurub

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Vladimir Zelenskinin prezident seçkilərində qələbəsinin Rusiya xalqına necə təsir edəcəyini izah edib. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Gürcüstanın eks prezidenti bunu jurnalist Dmitri Qordonun YouTube kanalına müsahibəsində deyib.

Məlumatda o da qeyd olunub ki, Saakaşvili müsahibəsində Rus komediyaçı Mixail Galustyanın Rusiya Federasiyasının prezidenti Vladimir Putini necə əvəz edəcəklərini izah edib.

"Düşünürəm ki, Putinin vaxtı bitir. Tezliklə Rusiya hansısa komediyaçı Qalustyanı prezident seçəcək. Yaxud başqa bir Şən və Hazırcavablar Klubunun nümayəndəsi seçiləcək. Doğrudur, Ukraynanın prezidenti Vladimir Zelensky kimi qabiliyyətli biri o ölkədə yoxdur. Mən Rusiyanın komedi-şousu üzrə mütəxəssis deyiləm. Məsələn, Qalustyanı seçəcəklər və o yoldaş Putinin siyasətini dəyişəcək. Zelenski belə bir presedent yaradıb və ruslar heç də ruhdan düşə bilməzlər, çünki onların da perspektivləri yarana bilər. Bu halda öz kabinetinizi Qalustyan üçün hazırlayın”-deyə Saakaşili Putinə ehyam vurub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə