Misir iqtisadiyyatı çökür

Misirdəki üsyan ölkə iqtisadiyyatını da ciddi şəkildə sarsıdır. Yalnız internetin kəsilməsi səbəbilə ölkəyə dəyən zərərin 90 milyon dollara çatdığı bildirilir.

SİA-nın xəbərinə görə, ölkədə birjalar, fabriklər, iş yerlərinin çoxu, banklar 1 həftədir çalışmır. Çörək və digər ərzaq məhsullarının qiyməti 80 faizədək artıb. Bamkomatlarda pul bitib. Əgər ortalıq sakitləşərsə, bazar günü banklar açılacaq. Ancaq banklardan çəkiləcək pulun miqdarı 10 min dollarla məhdudlaşdırılacaq.

Misirin Mərkəzi Bankı 36 milyard ehtiyat fondlarının olduğunu, müştərilərin tələblərini ödəyəcək vəziyyətdə olduqlarını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə