Millət vəkili: "AŞPA-nın Dağlıq Qarbağ üzrə Alt komitəsinin yenidən fəaliyyətə başlaması beynəlxalq rezonansa səbəb olacaq" - RƏY
"AŞPA-nın Dağlıq Qarbağ üzrə Alt komitəsinin fəaliyyətinin bərpası siyasi əhəmiyyət daşıyır". Bu sözləri millət vəkili Aydın Mirzəzadə SİA-ya açıqlamasında deyib. O bildirib ki, heç kəs həmin komitənin Dağlıq Qarabağ problemini qısa zamanda həll edəcəyini düşünmür. Onun sözlərinə görə, lakin problemin müzakirəsinə nə qədər dövlət cəlb olunarsa münaqişənin həll edilmə ehtimal bir o qədər də çox olar: "Ermənistan və onun beynəlxalq aləmdə havadarları məsələnin ancaq Azərbaycan Ermənistan arasında saxlanmasına və münaqişənin uzun müddət dondurmasına çalışırlar. Çünki Dağlıq Qarabağ və işğal edilən torpaqlar Ermənistana bir ərazi kimi lazım deyil. Düşmən ölkə ondan istifadə edə bilmir, iqtisadi fayda götürümür. Onlar üçün bu, Azərbaycana təzyiq vasitəsi olmaqla yanaşı, həm də millətçi iddiaları ilə üzdə olmağə əsas verir. Bu gün Dağlıq Qarabağ məsələsi kimi dünyada onlarla məsələ var. Ancaq təkcə Dağlıq Qarabağ məsələsi beynəlxalq siyasətin daima gündəliyindədir. Bu isə Azərbaycanın prinsipal mövqe göstərməsi nəticəsində mümkün olub".
Ermənstanın Alt Komitənin yaradılmasının əleyhinə olduğunu deyən A.Mirzəzadə söyləyib ki, əgər Ermənistan həqiqətən də problemin həllini istəyirsə o zaman istənilən müzakirələrdən qaçmamalı, əksinə münaqişənin beynəlxalq aləmdə müzakirəsində maraqlı olmalıdır.
"Ancaq iş burasındadır ki, müzakirə zamanı söhbət 50 minlik erməni icmasının müqəddaratının təyin edilməsindən deyil, Ermənistanın Azərbaycanın torpaqlarının bir hissəsinin işğalından gedir. Bir müddət əvvəl Ermənistan prezidenti Serj Sarkisyan Moskva radiolarından birinə müsahibəsində Azərbaycan torpaqlarını işğal etdiyini açıq şəkildə bildirib. AŞPA-da Dağlıq Qarabağla bağlı Alt komitənin yaradılamsı problemin həllində siyasi bir vasitədir. Ora problemlə az tanış olan ölkələrin cəlb edilməsini, Dağlıq Qarabağ haqqında məlumatların onun vasitəsilə Avropanın ayrı-ayrı ölkələrinə, siyasi dairələrinə daha obyektiv şəkildə yayılacağını düşünmək olar",- deyə millət vəkili qeyd edib.
Alt komitənin beynəlxalq rezonansa səbə olacağını deyən millət vəkili bildirib ki, komitənin yaradılmasına yalnız Ermənistan bir dövlət kimi əleyhinədir. Onun sözlərinə görə, Ermənistandan başqa onun əleyhinə yalnız bəzi deputatlar çıxır ki, onlar da bir qayda olaraq Ermənistanın işğalçılıq siyasətini dəstəkləyirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB