“DQR” Ermənistanın rəhbərliyini dəstəkləmir BALASANYAN

“DQR” Ermənistanın rəhbərliyini dəstəkləmir BALASANYAN

Qndarma “DQR”in “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan Ermənistanın baş naziri Nikol Paşinyana qarşı sərt açıqlama ilə çıxış edib və Ermənistan tərəfinə qarşı ağır ittihamlar irəli sürüb. SİA xəbər verir ki, o verelq.am-a müsahibəsində Ermənistan rəhbərliyinin “DQR”ə təzyiq etdiyini bildirib. Balasanyan tanınmayan “respublikada” keçiriləcək “prezident seçiləri” barədə də danışaraq deyib ki, ona “DQR”in “Ədalət” partiyası dəstək göstərir. Bu baxımdan, diaspora nümayəndələri və digər şəxslərlə görüş keçirsə də, Ermənistan rəhbərliyi ilə ümumiyyətlə görüşməyib. “Ermənistan hakimiyyəti nümayəndələri ilə görüşməmişəm və bunu doğru hesab etmirəm. Ermənistan hökuməti “Artsaxın” daxili işlərinə qarşımamalıdırlar və eləcə də əksinə”, deyə separatçıların siyasi təmsilçisi bildirib

Balasanyan baş nazir Paşinyanın istər publik, istərsə də şəxsi görüşlərdə Ermənistanın “seçkilərdə” elektoral proseslərə müdaxilə edəcəyi ilə bağlı dediklərinə inanmadığını bildirib və müdaxilələrin olacağını istisna etməyib: “Məsələn, yaxınlarda biz şahidi olduq ki, Paşinyan “Artsax” sakinlərini elektoral proseslərdə idarə edən fikirlər səsləndirib. Məhz xalqın etimad edəcəyi və Ermənistan hakimiyyətinin dəstək göstərəcəyi gücə səs verməyə çağırıb.Yəni o, qısa müddətdə bir neçə dəfə öz mövqeyini dəyişib. Gələcəkdə də bu kimi halları istisna etmək olmaz”.

Balasanyan ona dəstək göstərəcək “Ədalət” partiyasının Ermənistan hakimiyyəti tərəfindən dəstəklənmədiyini də bildirib: “Ədalət” partiyası belə güclərin sırasında yoxdur. Bundan əlavə, partiyanın şurası qərar qəbul edib ki, Ermənistanın yeni rəhbərliyini heç vaxt dəstəkləməsin, ikincisi isə, Ermənistanın daxili işlərinə qarşımayacaq”.

“DQR” separatçısı Ermənistanla gərgin vəziyyətin olduğunu gizlətməyib: “Mən bunu gizlətməyə lüzum da görmürəm və baş verənlərdə “Arsax” günahkar deyil. Nikol Paşinyan baş nazir seçildiyi səhəri gün “Artsaxa” səfər etdi və burada çox səmimi qarşılandı. Bizim tərəfimizdən cüzi də olsa hər hansı bir etiraz olmadı. Mayın 9-da da həmin səmimiyyət göstərildi və hətta Bako Saakyan Ermənistan rəhbərliyinə dəstəyə görə minnətdarlığını bildirdi. Mən başa düşə bilmirəm, onda Paşinyan nəyə görə Ermənistandakı inqilabın “DQR”ə eksport olunacağı ilə bağlı fikirlər səsləndirir?”

Balasanyan belə davam edərsə, bütün bunların pis nəticələrə gətirib-çıxaracağını deyib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə